Tarix : 2016 Jun 06
Kod 49117

Səfir: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həll olunacaq"

Möhsün Pakayin: "Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həll olunacaq".
Arannews- İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ümidvarlıq edib ki, Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həll olunacaq.
Möhsün Pakayin mətbuat konfransında jurnalistlərdən birinin Qarabağ münaqişəsi barədəki sualını cavablandırıb: Dağlıq Qarabağ münaqişəsi barəsində İranın mövqeyi dəyişməyib. Ümidvarıq ki, bu münaqişə region ölkələrinin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq qanunlara əsasən sülh yolu ilə həll olunacaq.
Səfir əlavə edib: Tehran atəşkəs və iki ölkə müzakirələrinin davam etməsini dəstəkləyir.

  • Yazılıb
  • da (də) 2016 Jun 06
  • Göndərən مدير سايت Aran News