Tarix : 2016 Jun 10
Kod 49180

"Hizbullah"-ın bank hesabları donduruldu

ABŞ-ın “Hizbullah”-a qarşı tətbiq etdiyi sanksiyaların nəticəsi olaraq təşkilata bağlı olan 100 bank hesabı dondurulub.
AranNews-un “Al-Manar”-a istinadən verdiyi xəbərə görə, bu barədə Livanın mərkəzi bank rəhbəri Riyad Səlamə öz açıqlamasında bildirib.
“Mərkəzi bank olaraq qanunların icrasının tərəfdarıyıq və əsas hədəfimiz beynəlxalq əlaqələrimizin qorunmasıdır. Elə bu səbəbdən ABŞ-ın bu qanununu icra etməyə qərar aldıq. Bu addım Livan üçün çöx önəmli idi. Biz qeyri qanuni pulların bankımızda olmasına qarşıyıq.”-deyə Səlamə bildirib. 
  • Yazılıb
  • da (də) 2016 Jun 10
  • Göndərən مدير سايت Aran News