Tarix : 2016 Jun 11
Kod 49192

Mariya Zaxarova: “Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil”

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımı şərh edərkən...
Arannews- “Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransinda bildirib.
"Böyük Vətən Müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də, bizim üçün anlaşılan deyil niyə görə İrəvanda bu abidə qoyulub. Biz BMT Baş Assambleyasında bu qətnaməni qəbul edərkən Ermənistan bunun lehinə səs verib. Hesab edirik ki, Ermənistanın rəsmi mövqeyi məhz budur", - deyə M. Zaxarova Ermənistanın Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımı şərh edərkən bildirib.
Qeyd edək ki,  2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Bu ilin mayın 28-də İrəvanda Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər.


  • Yazılıb
  • da (də) 2016 Jun 11
  • Göndərən مدير سايت Aran News