Tarix : 2016 Jun 15
Kod 49259

Roma Papası Serj Sarkisyan ilə görüşəcək

Fransisk iyunun 24-də Ermənistana səfər edəcək.
Arannews- Roma papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək.
səfər çərçivəsində Roma papası Ermənistan prezidenti Serj Sarkisyan və digər rəsmi şəxslərlə, habelə diplomatik korpus nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Papa bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.
Səfər proqramında “erməni soyqırımı qurbanları”nın xatirə kompleksinə ziyarət də var.
II Qaregin və papanın birgə bəyannamə imzalayacağı gözlənilir.
Səfər iyunun 26-da başa çatacaq.

  • Yazılıb
  • da (də) 2016 Jun 15
  • Göndərən مدير سايت Aran News