Tarix : 2016 Jun 19
Kod 49317

Kilsə xristianlara səsləndi: "Müsəlmanlarla birlikdə oruc tutun!"

İraqlı xristianlara cümə günü müsəlmanlarla həmrəylik məqsədilə bir günlük Ramazan ayının orucunu tutmaq barədə çağırış edilib.
AranNews, xəbər verir ki, İraq Kilsələr Birliyinin himayədarı Cozef Frensis Anadolu-ya belə bir açıqlama ilə çıxış edib: "Patriarx Mar Luvis Rofail Sako İraqdakı xristianlara müsəlmanlarla həmrəylik üçün cümə günü Ramazan ayının orucunu tutmaq göstərişini verib".
Frensis bu addımla məqsədlərinin İraqda axan qanların dayanması və ölkə ərazilərinin xeyir, rifah və rəhmətə qovuşması üçün müsəlmanlarla birlikdə dua etmək olduğunu bildirib. "Bu addımla, həmçinin müsəlman qardaşlarımızla birlikdə Allahın lütf və nemətini qazanmağı hədəfləyirik".
İraqdakı Xaldey Patriarxlığı isə belə bir açıqlama ilə çıxış edib: "Xaldey və digər kilsələr kimi xristianları ölkədə artan münaqişələr, şəhərləri hədəfə alan terror hücumları və İŞİD-in səbəb olduğu daxili qaçqın böhranının artması səbəbilə müsəlmanlarla birlikdə cümə günü oruc tutmağa çağırırıq".
İraqda qeyri-rəsmi mənbələrə görə 450 minə yaxın müsəlman yaşayır.
  • Yazılıb
  • da (də) 2016 Jun 19
  • Göndərən مدير سايت Aran News