Tarix : 2016 Jun 30
Kod 49471

Qüds Günü ərəfəsində, Ərdoğan İsrail ilə dostlaşır

Qüds Günü ərəfəsində, Məscidül-Əqsaya hücum davam etsə də Ərdoğan İsrail ilə dostlaşır.
sionist silahlıların Məscidül-Əqsada ibadət edən fələstinli müsəlmanlara hücumundan sonra gərginlik aradan qalxmayıb.
AranNews, xəbər verir ki, Hadisə zamanı Məscidül-Əqsada səs qumbaraları və digər silahlardan istifadə olunub. Sionistlər Babul-Məğaribə qapılarını açıb, qəsəbə sakini yəhudiləri məscidə ötürüb.
Məscidül-Əqsanı tam yəhudilərin ixtiyarına vermək işğalçı rejimin çoxdan izlədiyi məqsəddir.
İsrail knessetinin üzvü etiraf edib ki, Tel-Əviv Məscidül-Əqsa məsələsini birdəfəlik həll etmək istəyir. Məscidə hücum zamanı yaralananlar var, gərginlik davam edir. /sizinyol/
  • Yazılıb
  • da (də) 2016 Jun 30
  • Göndərən مدير سايت Aran News