Tarix : 2016 Jun 30
Kod 49479

Qüds günü, məzlumların fəryad günüdür

Pakistan İslam Camaatı Partiyasının katibi Ləyaqət Bəluc Qüdsün Müsəlman dünyası üçün əhəmiyyətinə işarə etdi.
AranNews, xəbər verir ki, Pakistan İslam Camaatı Partiyasının katibi Ləyaqət Bəluc Qüdsün Müsəlman dünyası üçün önəminə işarə edərək; "Qüds Müsəlmanların qəlbidir və İslam dünyası üçün böyük bir əhəmiyyət daşıyır. Amma, bir çox Müsəlman ölkələr sionist İsrail rejiminin xeyrinə xidmət edərək, Fələstin xalqının yanında olmaqdan və onlara dəstək verməkdən geri qalmaqdadırlar." 
Dünya Qüds gününü məzlumların fəryadı olaraq xarakterizə edən Ləyaqət Bəluc: "Qüds günü həmçinin, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının işlərinin öhdələrindən gəlmədiyini açıq şəkildə göstərən bir gündür. İllərdir məzlum Fələstin xalqı, işğalçı sionist İsrail rejiminin zülmü qarşısında İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatından yardım gözləməkdədirlər" açıqlamasını etdi.
"İslam İnqilabının banisi İmam Xomeyni (r.ə) Ramazan ayının son cümə gününü "Qüds günü" olaraq elan etməsi ilə, Fələstin məsələsinə necə əhəmiyyət verdiyini göstərmişdir" deyən Ləyaqət Bəluc; İmam Xomeyni xəttinin - Fələstin xalqına dəstək və İsrail rejimi üçün müxalifət adlandırdı.
İslam ümmətinin Fələstin xalqının yanında olması lazım olduğuna işarə edən Ləyaqət Bəluc bildirdi ki, bəzi Müsəlmanlar İslama düşmən olan ölkələrlə əməkdaşlıq etməklə məzlum Fələstin xalqına xəyanət edirlər. /Maide.Az/
  • Yazılıb
  • da (də) 2016 Jun 30
  • Göndərən مدير سايت Aran News