Tarix : 2016 Jul 02
Kod 49496

MMDİB "Qüds günü" münasibətilə bəyanat yaydı

Fələstindəki özünümüdafiə qüvvələri öz torpaqlarını müdafiə etməsinə görə, beynəlxalq qınaq işə düşdüyü halda, son aprel döyüşlərində olduğu kimi Azərbaycan da, buna bənzər “sülhə çağırış” və “atəşkəs” mesajları ilə torpaqlarının öz iradəsilə azad edilməsi istiqamətində atmaq istədiyi addımlara müdaxilə edilməkdədir.
Arannews- “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi "Qüds günü" münasibətilə bəyanat yayıb
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi " təşkilatının mətbuat xidmətindən göndərilən bəyanatda deyilir:
“Bağışlayan və Mehriban Allahın adı ilə...
Bildiyimiz kimi, Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. Mərhum İslam alimi və mütəfəkkiri imam Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.
Bu günlərdə, Qarabağımız hələ də, erməni terrorçularının işğalı altında olduğu kimi, müsəlmanların ilk qibləsi olan Qüds də, sionist rejiminin işğalı altında qalmaqda davam edir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar hər iki rejim haqqında qətnamə qəbul etsədə, bu heçə sayılmaqda, dünya imperialistləri iki; erməni və yəhudi lobbisinin təsirilə Qarabağ və Fələstinin – iki müsəlman torpaqlarının işğalda qalmasına zəmin yaratmaqdadırlar.
Fələstindəki özünümüdafiə qüvvələri öz torpaqlarını müdafiə etməsinə görə, beynəlxalq qınaq işə düşdüyü halda, son aprel döyüşlərində  olduğu kimi   Azərbaycan da,  buna bənzər “sülhə çağırış” və “atəşkəs” mesajları ilə torpaqlarının öz iradəsilə azad edilməsi istiqamətində atmaq istədiyi addımlara müdaxilə edilməkdədir.
Odurki, bu gün biz, Qarabağ və Qüdsü bir birindən ayırmayaraq, bütün işğalçılara,terrora və terrorçulara, qadın, uşaq və insan qatillərinə etiraz edir, istər Qarabağın, istər Fələstinin işğal altında qalmasını, orada törədilmiş Xocalı və Qəzza qətliamlarına hüquqi qiymətin verilməməsini beynəlxalq ictimaiyyətin “üz qarası” adlandırırıq.
Fürsətdən istifadə edib Qüds gününü qeyd edən ölkələri, təşkilat və partiyaları, digər işğal altında olan torpaqları da “Qüds günü” şüarı ilə yad etmələrini, bütün işğalçıların millətindən asılı olmayaraq işğalçı adlandırılması istiqamətində fəaliyyət göstərməsinə çağırırıq.
İşğala, qətl və terrora yox!
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi

  • Yazılıb
  • da (də) 2016 Jul 02
  • Göndərən مدير سايت Aran News