Tarix : 2016 Jul 14
Kod 49648

Rus dili Misirdə ikinci əcnəbi dil statusu ala bilər

Misir hökuməti ölkədə rus dilinin ingilis dilindən sonra ikinci əcnəbi dil statusu əldə etməsi istiqmətində işlər aparır.
AranNews-un verdiyi xəbərə görə, Bu barədə Rusiya dumasının xarici əlaqələr üzrə komitəsinin sədri Aleksey Puşkov Misir parlamentinin nümayəndsi Əli Abdil Alimlə görüşü zamanı açıqlama verib.
Misir parlamentinin üzvü müstəmləkəçilik tarixindən vərəsə qalan İngilis dilindən sonra ikinci əcnəbi dilin rus dili olması iki ölkə arasında turizm və qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün əhəmiyyətli rol olacağını bildirib.
  • Yazılıb
  • da (də) 2016 Jul 14
  • Göndərən مدير سايت Aran News