Tarix : 2016 Jul 29
Kod 49822

ABŞ və Avropa: İŞİD-in iki fərqli taktikası

İŞİD terror qruplaşması ABŞ və Avropada hücumların təşkili zamanı müxtəlif taktikalardan istifadə edir.
AranNews, “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik naziri Cey Conson bildirib.
“ABŞ-da İŞİD üçün əsas məsələ insanların vətəndə qalaraq terror aktları törətməsidir. İŞİD amerikalıları terror aktları törətməyə təhrik edir.
Qərbi Avropaya gəlincə, vəziyyət bir qədər başqadır. Onlar İraq və Suriyaya yaxınlığa görə başqa taktikanı seçiblər, – Conson qeyd edib.O, vurğulayıb ki, radikallaşmanın qarşısının alınması üçün müsəlmanların cəmiyyətə inteqrasiyası hakimiyyətin əsas strategiyasıdır.
Nazir qeyd edib ki, buna görə də ABŞ-da müsəlmanlarının ünvanına alçaldıcı fikirlərə icazə vermək yolverilməzdir.

  • Yazılıb
  • da (də) 2016 Jul 29
  • Göndərən مدير سايت Aran News