Tarix : 2016 Jul 31
Kod 49836

ABŞ və Səudiyyənin İranı etnik bölgələrə ayırma planı

Global Research, xəbər analiz saytı yaydığı geniş bir analizdə Səudiyyə Ərəbistanı və Amerikanın İranda etnik narahatlıq yaratmaq istədiyini yazıb.
AranNews-un verdiyi xəbərə görə, “Global Research” 25 iyul tarixində yaydığı təhlildə "Amerika və Səudiyyə Ərəbistanı müxtəlif böhranlar yaradaraq İranı Suriyadan çıxmağa məcbur edəcək", deyə bildirib.
Bu böhranlar sərhəd bölgələrində qarışıqlıq, İran daxilində terror təhdidi yaratmaq və rəng inqilabı kimi planlardan ibarətdir. Xəbərin davamında İranda sabitliyi pozmaq üçün həyata keçirilməsi düşünülən bu üç planın detalları çox geniş bir şəkildə açıqlanıb.
Kürdlərlə qarşıdurma, İranın şərq regionu sakinlərini muxtariyyət üçün təxribata cəlbetmə və İŞİD vasitəsilə İran içərisində qarışıqlıq yaratmaq detalları açıqlanan bu planın bəzi əsas başlıqlarını təşkil edir. /Global Research/
  • Yazılıb
  • da (də) 2016 Jul 31
  • Göndərən مدير سايت Aran News