Tarix : 2016 Aug 14
Kod 50017

Azərbaycan məscidləri Rəzəvi hərəminin xoş ətri ilə ətirləndirilib

Rəzəvi hərəmi xadimlərinin iştirakı ilə Azərbaycanın bir neçə rayonunun məscidi o hərəmin xoş ətri ilə ətirləndirilib.
Arannews- İmamət və vilayət səmasının batmaz günəşi Həzrət İmam Rzanın (ə) viladətinin ildönümü ərəfəsində Rəzəvi hərəmi xadimlərinin iştirakı ilə Azərbaycanın bir neçə rayonunun məscidi o hərəmin xoş ətri ilə ətirləndirilib.
Lənkəran, Sumqayıt və Bakıda Əhli-Beyt (ə) aşiqləri Qəriblər qəribi, Ahu zamini İmam Rzanın (ə) yaşıl bayrağını şövqlə qarşılayaraq sevinc göz yaşı axıdıb və İmam Rzanın (ə) səadətli viladəti ərəfəsində "Rza, Rza" səsləniblər.
Bu mərasimlərdə yeniyetmələr və gənclərin iştirakı diqqəti cəlb edib və iştirakçılar Rəzəvi hərəminin yaşıl bayrağını görməklə Həzrət İmam Rzaya (ə) sevgi cilvələrini nümayiş etdiriblər.
Quran oxumaq, məddahlıq və çıxışlar bu mənəvi mərasimin proqramlarından olub. Natiqlər İmam Rzanın (ə) tanınması və Əhli-Beytin (ə) məktəbini örnək qərar verməyi vurğulayıblar.
Qeyd edək ki, bu artıq üçüncü ildir ki, Azərbaycanın dindar xalqı Rəzəvi hərəminin xadimlərinə evsahibliyi edir.


  • Yazılıb
  • da (də) 2016 Aug 14
  • Göndərən مدير سايت Aran News