Tarix : 2016 Aug 16
Kod 50036

Sergey Şoyqu Yerevanda səfərdədir

Rusiyanın müdafiə nazirinin səfərində məqsəd KTMT-na üzv dövlətlərin müdafiə nazirlərinin Yerevanda keçirilən toplantısında iştirak etməkdir.
Arannews- Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdədir. 
Rusiyanın müdafiə nazirinin səfərində məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirlərinin Ermənistan paytaxtında keçirilən toplantısında iştirak etməkdir. 
KTMT-nin baş katibi Nikolay Bordyuja və qurumun Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov da yığıncaqda iştirak etmək üçün Yerevanda səfərdədir.
Məlumata görə ki, Rusiyanın müdafiə naziri ilə yanaşı Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov, Belarun müdafiə naziri Andrey Raykov, Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Raimberdı Duyşembiyev, Tacikistanın müdafiə nazirinin müavini Abdulxoşim Qulomzoda də Ermənistanda səfərdədir.
Qeyd edək ki, KTMT-nin toplantısı bu gün keçiriləcək.


  • Yazılıb
  • da (də) 2016 Aug 16
  • Göndərən مدير سايت Aran News