Xəbər Lenti

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı

Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib

Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram

Üç hakim vəzifəsindən azad edilib

Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Jurnalistin məhkəməsi davam edib

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

8372 müsəlmanın öldürüldüyü Srebrenitsa qətliamından 24 il ötür

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

ELAN! İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirləcək

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

Azərbaycanda Hacı Tale Bağırovun kimliyinin terroru; ermənilərin ona dəstək verməsi kimi gülünc bəhanə ilə

Arxiv Print RSS
 
Tarix : 2016 Sep 05     |     Kod : 50187

Hicab haqqında suallara cavab: Ayətullah Sistani

Hicab şəriətin vacib məsələlərindəndir və Quranda da gəlmişdir.

Arannews- Hicab haqqında suallara cavab: Ayətullah Sistani

Hicab dinin zəruri məsələlərindəndir

Sual: Hicab, dinin zəruri məsələlərindən hesab olurmu? Ona qarşı etinasız olanların hökmü nədir?
Cavab: Hicab şəriətin vacib məsələlərindəndir və Quranda da gəlmişdir. Lakin, hicaba qarşı etinasız olmaq günahdır.
Sual: Əgər qadın talaq və hicab arasında qalsa hansını seçməlidir?
Cavab: heç bir şəraitdə hicabı çıxarmamalıdır.

Hicaba riayət etməyən qadının günahı

Sual: Hicaba riayət etməyən qadının aqibəti nədir?
Cavab: Hicaba riayət etməmək günahdır və din ilə müharibə etmək kimi təbir olunur. 

Ayağı örtmək

Sual: Qadın namaz qıldıqda ayağının üstünü örtməlidirmi?
Cavab: Namaz üzün vacib deyil, amma naməhrəmdən örtməlidir.
Sual 1: Qadınlar ayaqlarını corabla hansı həddə örtməlidirlər?
Cavab: Əgər ayaq və onun üstü görünməsə, eybi yoxdur. Baxmayaraq ki, corabdan ayağın həcmi bilinir.
Sual: Cavan qadın, rəngli və ya qıçı gözəl göstərən corabı hicab ünvanı ilə geyinə bilərmi?
Cavab: Belə corabı geyməyin eybi yoxdur. Amma zinət hesab olduqda onu naməhrəmdən örtməlidir.
Sual: Ayağı örtməsinə baxmayaraq, onun çıxıntılarını bilindirən corabı geymək olarmı?
Cavab: Belə corabı geyinmək öz-özlüyündə icazəlidir.

Hicab hamı üçündür

Sual: Nə üçün qeyri-müsəlman qadının İslam ölkəsində hicaba riayət etməsi vacibdir, amma müsəlman qadın qeyri-islami ölkədə hicabsız olması qadağandır?
Cavab: Qadın üçün hicab vacibdir, istər müsəlman olsun, ya müsəlman olmasın, istər İslam ölkəsində olsun, ya qeyri-islami ölkədə.

Hicabın həddi

Sual: Çadra və manto necə olmalıdır?
Cavab: Qadın elə paltar geyinməlidir ki, zinət olmasın. Əks təqdirdə başqa zinətlər kimi onu da örtməlidir. Həmçinin geyim kişiləri aldadan və cəlbedici olmamalıdır.

Hər bir halda hicab vacibdir

Sual: Hicaba kamil surətdə riayət etməmək birinin günaha düşməsinə səbəb olmadığı bir yerdə bədən örtülü olsa, başı da bağlamağa ehtiyac varmı? Məsələn, Avropa ölkələrində hicaba elə də əhəmiyyət vermirlər və qadının başının tüklərinin görünməsi o qədər də problem yaratmır. Quranda da buyurulur ki, kişilərin təhrik olmasına mane olmaq üçün özünüzü örtün.
Cavab: Qadının hicabsızlığı başqalarını günüha salamasa belə, kamil surətdə hicaba riayət etməsi vacibdir.
Qadınların sürücülük etməsi
Sual: Qadınlar sürücülük edə bilərlərmi? Hansı şərtlərlə?
Cavab: İslami hicaba və qayda-qanunlara riayət etməklə, eybi yoxdur.

Naməhrəm olmayan yerdə namaz

Sual: Əgər qadın naməhrəmin ora gəlməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq istəsə, hicablı olması vacibdirmi?
Cavab: Namaz qıldıqda hicablı olmaq, naməhrəm olmasa belə, vacibdir.

Kamil hicab

Sual: Yanaqları hansı həddə qızartamaq olar? Qaşları götürdükdə vəzifə nədir? Çənənin altını, üzün qıraqlarını örtən və yuxarıdan qaşların üstünə  qədər gələn qara məqnə və enli qara manto geyilsə, hicaba riayət olunmuşdurmu? Məqnə və manto rəngli olsa, iradı varmı?
Cavab: Kamil hicab budur ki, başın tüklərini və bədəni tamamilə örtsün və özü zinət hesab olmasın, qadının bədən çıxıntılarını bilindirməsin. Üzü və biləyə qədər əlləri örtmək lazım deyil. Çənə və adətən məqnənin örtmədiyi çənənin altından bir qədər yeri örtmək vacib deyil. Üz və qaşlar alındıqda onları örtmək lazım deyil, amma zinətlə bəzənilsə, örtmək lazımdır.

Valideynin öz övladlarını hicaba əmr etmələri

Sual: Ata-ananın büluğ həddinə çatmış övladlarını hicaba riayət etməyə vadar edə bilmək haqqları varmı?
Cavab: Haqları vardır. 

Qadının kostyum geyməsi

Sual: Qadın kostyum geyərək naməhrəm qarşısına çıxa bilərmi?
Cavab: Əgər o paltar qadının bədən çıxıntılarını bilindirsə və ya fitnə-fəsada səbəb olsa, icazəli deyil.

Bəzədilmiş üz

Sual: Üzünü almayan qadınlar, qaşlarının və üzlərinin tüklərini götürə və üzünə təbii pudra və krem vura bilərmi?
Cavab: Üzün və qaşların tükünü almaq üzü açıq qoymağa mane olmur. Bu şərtlə ki, günüha düşmək qorxusu olmasın və üzü açıq qoymaq onu naməhrəmlərə göstərmək məqsədilə olmasın. Amma pudra və zinət əşyaları istifadə etdikdən sonra üzü örtmək vacibdir.
Sual: Zinət vurulmuş üzü, belə ki, ona zinət vurulması bilinməsə və üzün təbii halı kimi nəzərə gəlsə, örtmək lazımdırmı?
Cavab: Zinət hesab olmasa, örtmək lazım deyil.

Qaş əkdirmək

Sual: Qadınlar qaş əkə bilərlərmi?
Cavab: Qaş əkməyin dəstəmaz və qüsl üçün iradı vardır, amma döyəcləmənin eybi yoxdur.

Qaş almaq

Sual: Qaşlarının altını almaq zinət hesab olunurmu? Qadınlar ümumi məkanda qaşlarını örtməlidirlərmi?
Cavab: Onu örtmək vacib deyil.

Kişilərin qısaqol köynək geyməsi

Sual: Kişi qısaqol köynək geyinə bilərmi? Qadın ləzzət qəsdi olmadan onun əlinə baxa bilərmi?
Cavab: Hər iki surət icazəlidir.

Dırnaq uzatmaq

Sual: Qadın dırnaq uzada bilərmi? Bu zinət sayılırmı və naməhrəmdən örtmək lazımdırmı?
Cavab: Eybi yoxdur və zinət vurmasa, onu naməhrəmdən örtməsi lazım deyil.
Sual: Əgər qadın dırnağını uzatmış olsa, amma ona zinət vurmasa, naməhrəmdən örtməsi lazımdırmı?
Cavab: Lazım deyil.

Kişinin öz həyat yoldaşını hicaba məcbur etməsi

Sual: Mən həyat yoldaşıma deyirəm ki, başını bağlasın. O da deyir ki, hicab İslamda məcburi deyil və İslam məcburiyyəti sevmir. İslamda hicab məcburidir, yoxsa könüllü? Mən onu hicaba məcbur edə bilərəmmi?
Cavab: Hicab dinin zəruri məsələlərindəndir və ona kamil surətdə riayət edilməlidir. Qadın gərək saçlarını və bədənini naməhrəm kişilərdən örtsün, amma üz və əllərinini örtməsi vacib deyil. Əgər üzünü və əllərini örtmədiyi təqdirdə harama düşəcəyindən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün örtməmək qəsdi olarsa, bu iki halda örtməməsi icazəli deyildir.
Deməli, qadın deyilmiş qayda ilə öz saçını, bədənini və onun çıxıntılarını naməhrəmdən örtməlidir. Əgər qadın zinət sayılmayan və cəzbedici olmayan hər hansı geyimlə özünü örtsə, kifayətdir.
Siz öz həyat yoldaşınızı evdən çölə çıxmağa qoymaya bilərsiniz. Bu surətdə onunla şərt edə bilərsiniz ki, əgər hicaba riayət etsə, evdən çölə çıxa bilər.



Yazılıb da (də)   2016 Sep 05  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap