Tarix : 2016 Sep 15
Kod 50259

Ermənistanın xarici siyasəti çoxdan fiaskoya uğrayıb

baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək.
Arannews- Ermənistanda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək.
Bu barədə politoloq Arzu Nağıyev danışıb. Onun sözlərinə görə, Karen Karapetyanın baş nazirlik postuna gətirilməsi Serj Sərksiyanın növbəti hədəfidir:
 “Yeni baş nazirin hər hansı bir layihəni təqdim etməsi inandırıcı görünmür. Sərkisyan da elə məhz buna görə hökumət dəyişikliyinə gedir. Xarici işlər nazirinin də istefası gözlənilir. Onun fikirlərini dəfələrlə dəyişməsi ondan xəbər verir ki, Edvard Nalbəndyan birbaşa Qarabağ klanı tərəfindən idarə olunur. Ermənistanın xarici siyasəti çoxdan fiaskoya uğrayıb. Düşünürəm ki, baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək. Çünki bunların hamısı seçkilərə qədər Sərkisyan hakimiyyətinin vaxtının uzadılmasına yönəlib. Gələn il Ermənistanda seçki ilidir və buna görə də Sərkisyan və onun komandası müxtəlif siyasi gedişlər edirlər. Ən başlıcası isə separatçılara müstəqillik sözü verən bu dəstə çox yaxşı bilir ki, bu, yerinə yetirilən bir məsələ deyil, ona görə də necə olursa-olsun, vaxtı uzadırlar”.
Qeyd edək ki, Ermənistanda Baş nazir Ovik Abramyanın istefasından sonra bu posta Karen Karapetyan gətirilib.
Bundan başqa, Müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbər gedəcəyi, Xarici İşlər naziri Edvard Nalbəndyanın isə istefa verəcəyi gözlənilir. Yeni kabinetdə müxaliflərin təmsil olunacağı istisna olunmur.

  • Yazılıb
  • da (də) 2016 Sep 15
  • Göndərən مدير سايت Aran News