Tarix : 2016 Nov 12
Kod 50710

İran Azərbaycanda xəstəxana inşa etdirəcək

bunu İranın Azərbaycandakı səfiri deyib.
Arannews- İran və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə İran İslam Respublikası Azərbaycan Respublikasında xəstəxana inşa etdirəcək.
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, xəstəxana Azərbaycan və İran prezidentlərinin təşəbbüsü ilə tikiləcək.
C.Cahangirzadə qeyd edib ki, iki həftə sonra Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçiriləcək.

  • Yazılıb
  • da (də) 2016 Nov 12
  • Göndərən مدير سايت Aran News