Tarix : 2017 May 10
Kod 51648

İranın Bakıdakı mədəniyyət attaşesi Xəzər Universitetinin qurucusu ilə görüşüb

Ölkəmizin Bakıdakı mədəniyyət attaşesi Əsğər Farsi mayın 2-də Xəzər Beynəlxalq Universitetində olub və professor Hamlet İsaxanlı ilə görüşüb.
Arannews.com-Mədəniyyət attaşesi bu görüşdən sevindiyini bildirib, İran və Azərbaycan ölkələri arasında çoxlu mədəni və tarixi ortaqlıqlara toxunub, hər iki ölkənin mədəniyyət xadimlərinin, elm adamlarının və elitasının ölkələrimiz arasında mədəni və elmi münasibətləri daha da dərinləşdirmək istiqamətində bu potensiallardan istifadə etməkdə öhdələrinə ağır vəzifələr düşdüyünü deyib. Mədəniyyət attaşesi həmçinin bu ortaqlıqları iki ölkə arasında əsas körpü adlandırıb.
Ə. Farsi İranın beynəlxalq aləmdə elmi mövqeindən söz açıb, ölkəmizin mədəniyyət və universitet elitasının Azərbaycan Respublikasının elmi mərkəzləri və universitetləri ilə yaxın münasibətlər qurması və əməkdaşlıq etməsinə ciddi iradəsi olduğunu vurğulayıb. 
O, həmçinin deyib: “Müxəlif sahələrdə elmi və peşəkar konfransların keçirilməsi, müəllim, mütəxəssis, tələbə və sənəd mübadiləsinin həyata keçirilməsi elmi mərkəzləri arasında əməkdaşlığın özəylərindən sayılır. Bu əməkdaşlıqlar pərakəndə şəklində mövcud olsa da onu münəzzəm formada proqramlaşdırmaq və icra etmək mümkündür”.
Ölkəmizin Bakıdakı səfirliyinin mədəniyyət attaşesi təklif edib ki, Mədəniyyət Attaşeliyi İranın elmi mərkəzləri və universitetləri tərəfindən nümayəndə olmaqla Mədəniyyət Attaşeliyi və Xəzər Universiteti arasında əməkdaşlığa aid birgə bir illik proqram hazırlansın. Bu təklif qarşı tərəfin razılığı ilə qarşılanıb.
Görüşdə professor Hamlet İsaxanlı universitetə gəldiyinə və onunla görüşdüyünə görə mədəniyyət attaşesinə öz təşəkkürünü bildirib və iki ölkə xalqlarının geniş şəkildə qarşılıqlı səfərlərinə işarə edərək daha çox mədəni və elmi mövzularla da belə səfərlərin baş tutmasının tərəfdarı olduğunu deyib. 
Xəzər Universitetinin təsisçisi ölkəmizin dünyada yüksək elmi rütbəsinə toxunaraq bu potensialdan Azərbaycan Respublikasının elmi-tədqiqat mərkəzlərində və universitetlərində istifadə edilməsini istəyib. 
Professor, Xəzər Universitetinin dünyanın müasir təhsil sisteminə maraqlı olduğunu vurğulayıb və İran İslam Respublikasının elmi potensialından faydalanmaq üçün bu universitetdə iranlı müəllim və mütəxəssisləri görmək istədiyini bildirib. 
Görüşün davamında professor H. İsazadə Xəzər Universitetinin nəşr etdiyi bir sıra jurnallarda iranlı alimlərin məqalələrinə və İran tədqiqatçılarının bu universitetə çoxlu sayda elmi-tədqiqat məqalələr təqdim etmələrinə işarə edərək deyib: “Hal-hazırda universitetdə çap edilmiş elmi jurnalların məqalələrinin 30 faizi İran İslam Respublikasından göndərilmişdir. Bu mövzu bizim əməkdaşlıq etmək üçün yüksək potensiallarımızın mövcudluğunu göstərir”.
Görüşün sonunda qərara alınmışdır ki, Xəzər Universitetində İran otağının mövcudluğuna, bu təhsil mərkəzində fars dili və ədəbiyyatı dərslərinin təşkil olunmasına diqqət etməklə ölkəmizin Mədəniyyət Attaşeliyi Xəzər Beynəlxalq Universitetində İran mövzusu ilə bağlı keçirilən müxtəlif mədəni layihələri, müsabiqələri, İran filmlərinin göstərilməsi və s. kimi aidiyyatı proqramları ikitərəfli razılaşma əsasında dəstəkləsin.

  • Yazılıb
  • da (də) 2017 May 10
  • Göndərən مدير سايت Aran News