Tarix : 2017 Aug 28
Kod 52668

Putinin Netanyahuya İranla bağlı cavabı - Əsnəyib

Bu barədə Ruisyanın “Pravda” qəzeti yazı dərc edib.
nur-az.com :Məlumata görə, Rusiyaya son rəsmi səfəri çərçivəsində işğalçı İsrail qondarma baş naziri sionist Benyamin Netanyahu həyəcanlı tərzdə Vladimir Putinə deyib: “İranın İnqilab Keşikçiləri Korpusu qüvvələri və “Hizbullah” əsgərləri Suriyadan İsrailə hücum etməyə hazırlaşırlar.”
O, İranın qarşısının alınmayacağı təqdirdə dünyanın sonu olacağını bildirməyə çalışıb.
Rəsmi Moskvanın buna reaksiyası necə olub? Netanyahunun həyəcan və sıxıntı içində Rusiya prezidenti üçün bu şeytani ssenarini danışdığı bir zamanda, Vladimir Putin əsniyərək, sanki Netanyahuya “Təəssüflər, bu barədə sizə kömək edə bilmərik” cavabını verib.
Netanyahunun narahatçılığına baxmayaraq, Putin çox aram vəziyyətdə olub. Putin hətta Netanyahuya cavab olaraq bildirib: “İran Rusiyanın Orta Şərqdə stratejik müttəfiqidir.”

  • Yazılıb
  • da (də) 2017 Aug 28
  • Göndərən مدير سايت Aran News