Tarix : 2017 Aug 28
Kod 52669

Rusiya-Azərbaycan sərhədində böyük tıxac

Rusiya və Azərbaycan sərhədində böyük tıxaclar yaranıb.
Russia Today bildirir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndəliyindən məlumat veriblər. Bildirilib ki, hazırda tıxacların yaranma səbəbləri aydınlaşdırılır.
Əvvəlcə Bakıdan Rusiyaya gedən avtomagistral Xızıdakı silah anbarında partlayışa görə kəsilmişdi. Ancaq sonra hərəkət bərpa edildi.
"Azərbaycanla Dağıstanın sərhədində avtomobillərin hərəkəti çətinləşib, tıxaclar yaranıb", — deyə Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, hadisə yerində Dövlət yol hərəkəti təhlükəsizliyi müfəttişliyinin əməkdaşları işləyirlər./virtualaz/
  • Yazılıb
  • da (də) 2017 Aug 28
  • Göndərən مدير سايت Aran News