Tarix : 2017 Sep 16
Kod 52783

Tehranın İmam cüməsi Myanma qətliamı və kürdlərin referendumunu İsraillə əlaqələndirdi

Tehranın bu həftəki imam cüməsi Ayətullah Əhməd Xatəmi olub
arannews:İslamazeri.com İran mediasına istinadən verdiyi xəbərə görə, Ayətullah Əhməd Xatəmi Tehranın bu həftəki cümə namazı xütbələrində Myanma hökumətinin sionist rejimin Qəzzədə müsəlmanları qırğın etdiyi silahla Myanma müsəlmanlarını qətlə yetirdiyini bildirib.
 "Myanma hökuməti tam həyasızlıqla etnik təmizləmə aparır və Nobel Sülh mükafatının qalibi Myanmanın xarici işlər naziri və hökumətin ali müşaviri Anq San Suçi hələ də bu soyqırımı haqda sükut edib. Myanma müsəlmanları əleyinə cinayətlər islamın səhnəyə gəldiyini və imperializmin bu məsələdən qorxuya düşdüyünü əks etdirir.", -deyə imam cümə qeyd edib.
İraq Kürdüstanının separatçı referendumun keçirilməsini də imperializm və sionist rejimin yeni məkrli planı adlandıran Ayətullah Xatəmi deyib: "Sionist rejimin İraq Kürdüstanının İraqdan ayrılması üçün keçirilən referendumu dəstəkləməsi bu rejimin İraq və Suriyada İŞİD terror qruplaşmasının yaradılması üzrə məkrli planın məğlubiyyətindən sonra İraqı parçalamaq və yeni məkrli plan fikrində olduğunu göstərir."
Ayətullah Xatəmi Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən İranın hərbi mərkəzlərinə baxışın keçirilməsi üzrə bəzi iddialar haqda da danışıb.
"Hərbi mərkəzlər İran xalqının sirləridir və əlavə protokol və nüvə anlaşması İranın sirlərinə baxışın keçirilməsinə heç bir icazə verməyib.", -deyə o əlavə edib.
İmam cümə İŞİD terror qruplaşmasının İraqın Zi Qar vilayətinin Nasiriyyə şəhərində törətdiyi terror aktını, bir qrup iranlı zəvvar və iraqlının şəhid edilməsini pisləyərək deyib: "Bu terror aktı beynəlxalq imperializmin yetişdirdiyi terrorçuların zəif duruma düşdüyünü göstərir."


  • Yazılıb
  • da (də) 2017 Sep 16
  • Göndərən مدير سايت Aran News