Tarix : 2017 Oct 17
Kod 53064

“Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb”

Akif Nağı: “Ermənistan prezidenti açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalma variantı yoxdur”
Arannews_ Dünən Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezident Serj Sarqsyan görüşüblər. Tədbirdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı FaktXeber.com-a sözügedən görüşü şərh edib.
QAT sədri bildirdi ki, Aprel döyüşlərindən sonra ermənilər Azərbaycanın problemin müharibə yolu ilə həllinin tərəfdarı olduğunu göstərdiyini deyərək, özlərini də sülh göyərçini kimi təqdim etmək istədilər: “Azərbaycan tərəfi isə bunu qələbə kimi təqdim elədi, bildirdi ki, ermənilər danışıqları davam etdirmək üçün şərt qoyublar, amma şərtsiz davam elədi. Hesab edirəm ki, bu gülməlidir, Azərbaycan tərəfi belə bir mövqedən çıxış eləməməlidir. Torpağımız işğal altındadır. Ermənistan danışığa gəlib görüşürsə, bunu qələbə kimi təqdim eləmək ən azı qeyri-ciddi bir məsələdir».
Danışıqların gedişində hər iki tərəfin cəbhə xəttində gərginliyin azaldılmasında maraqlı olduğu barədə həmsədrlərlə birgə bəyanat verildiyini xatırladan Akif Nağı, həmsədrlərin də, BMT-nin Baş katibinin də görüşdə əldə olunan razılıqla bağlı razılıqlarını bildirdiyini dedi: «Amma nəticə Azərbaycan üçün də heç də xoş deyil. Xüsusilə də ordan çıxandan sonra Ermənistan prezidenti erməni diasporasının nümayəndələri ilə görüşdü və açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalma variantı yoxdur. Əgər Emənistan bu mövqedən çıxış edirsə, Azərbaycan danışıqları nə üçün davam etdirməlidir, yaxud danışıqların nəticələrindən danışmağa dəyməz. Əgər belədirsə, torpaqları işğaldan azad etmək üçün Azərbaycanın da müharibədən başqa variantı yoxdur. Yəni dolayısı ilə Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb».
Bəs Soçidən sonra Cenevrə görüşünün təşkil edilməsi ATƏT-in münasibəti ilə bağlıdır, yoxsa pərdə arxasında bir məqam var?
Müsahibimiz, Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi rəqabət getdiyini bildirdi və bunun kökündə münaqişənin həll eləmək istəyi dayanmadığını vurğuladı: «Münaqişəyə kim təsir edir, kimin nəzarəti daha çoxdur onu göstərməyə çalışırlar. Ona görə Moskvanın təşəbbüsü ilə Rusiya ərazisində görüş keçirəndə Qərb tərəfi də ya ATƏT, ya Avropa Şurası çərçivəsində, ya da Amerikaya dəvət etməklə çalışır ki, bir görüş keçirməklə onlar da hansısa təsir  imkanlarına malik olduqlarını göstərsinlər. Hesab edirəm ki, Rusiyadan sonra, görüşün Cenevrədə təşkil olunması Qərb dairələrin münaşqişəyə təsir imkanlarını nümayiş etmək istəyi kimi dəyərləndirmək olar».
  • Yazılıb
  • da (də) 2017 Oct 17
  • Göndərən مدير سايت Aran News