Xəbər Lenti

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir

Xələf Xələfov: "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

QMİ sədrinin nümayəndəsi “Qaloş piri” videosuna münasibət bildirib

Qəbələdə üç ölkənin Müdafiə nazirləri görüşür

Putin ABŞ-ın hərəkətlərinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Rövşən Əhmədli və Eldəniz Quliyev siyasi məhbuslarla görüşdü

Rusiya Suriyada ABŞ-a qarşı ən yeni məxfi silahlarını istifadə edir

Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir

Bakıda vəkili döyən polislər işdən çıxarılıb

Ordumuz şəhid verdi

XİN: Ermənistanın törətdiyi növbəti qanlı əməl bölgədə gərginliyi artırmağa xidmət edir

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Azərbaycan Respublikasının oructutanları ilə canlı yayımda söhbət edib

Ayətullah Amili Azərbaycan Respublikası xalqını Fitr bayramı münasibətilə təbrik edib

İran nüvə silahı ilə bağlı bəyanat verdi

Eldar Mahmudov onu "bitirməyə" mane olan kompromatları harada saxlayır, Londonda, yoxsa

Arxiv Print RSS
 
Tarix : 2017 Oct 19     |     Kod : 53086

Gürcüstanda Məhərrəmlik, Ərbəin... - Hər il Kərbəlaya gedənlərin sayı artmaqdadır

Hər il olduğu kimi bu il də dünyanın hər bir yerindən Ərbəin günü ilə əlaqədar milyonlarla insan müqəddəs Kərbəlaya yollanır. Böyük izdihamla zəvvarlar İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət edirlər.

Qonşu ölkə - Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgələrdə də İmam Hüseyn (ə) məclisləri keçirilir və müqəddəs torpaqlara səfərlər baş tutur. 

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov İslamazeri.com-a bildirib ki, Gürcüstandan Kərbəlaya yola düşən zəvvarların sayı 200-dən çox olur: "Gürcüstanda hər il məscidlərdə "Ərbəin" haqqında təbliğatlar aparılır. İlbəil məscidlərdə mərasimlər daha da izdihamlı keçirilir. Əvvəllər belə deyildi, son zamanlar "Ərbəin"ə verilən qiymət daha da çoxalıb. Məndə olan məlumata görə, Kərbəlaya səfər edən zəvvarların sayı 200-dən çox olur".


R.İgidov bildirib ki, ziyarət səfərləri idarə tərəfindən təşkil edilməsə də, gələcəkdə belə turlar üçün danışıqlar aparılır:

"İnsanların maddi durumu o qədər də yaxşı vəziyyətdə deyil, xüsusilə inanclılarda. Müəyyən qurumlarla danışmışıq ki, bizə şərait yaratsınlar, sərfəli qiymətə təşkil olunsun və hamı Kərbəlaya səfər edə bilsin. Bunu proqram şəklində həyata keçirmək istəyirik ki, hər il bir neçə dəfə Kərbəlaya turlar təşkil edək. İdarə tərəfindən Məşhəd ziyarətləri ildə 4 dəfə təşkil olunur, gələn ildən isə "Ərbəin" ziyarətlərini təşkil edəcəyik. Onu qeyd edim ki, həcc səfərinə təxminən 70 nəfər yollanırdısa, Kərbəlaya 200-dən çox insan səfər etməyə hazırlaşır".

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Musəvi İslamazeri.com-a bildirib ki,  rəhbərlik etdiyi qurumun və İmam Əli (ə) 
adına xeyriyyə fondunun təşkilatçılığı ilə İmam Hüseyni (ə) qəbrini ziyarət məqsədi ilə Ərbəin səfəri təşkil olunur. İraqın Nəcəf və Kərbəla şəhərlərinə üç gün piyada yol gedilir. Zəvvarların sayına gəldikdə isə M.Müsəvi 150-ə yaxın inanclının qurumları tərəfindən müqəddəs torpaqlara səfər etdiyini söyləyib.


Gürcüstan “Əhli-beyt” (ə) cəmiyyətinin sədri, Marneuli şəhərinin imamcüməsi Hacı Rasim Məmmədov da İslamazeri.com-a bu haqda danışıb.

Hacı Rasim Məmmədov  bildirib ki,  Ərbəin günü Gürcüstanda da böyük vüsətlə keçirilir: "Möminlik, əmanətə sədaqət və Kərbəlada şəhadətə yetənlərin xatirəsini əzizləmə ənənəsi olan Ərbəin islam aləminin digər yerlərində olduğutək Gürcüstanda da dindarlarımız tərəfindən böyük vüsətlə keçirilir. Yerli möminlər İmam Hüseyn (ə) və digər Kərbəla şəhidləri üçün əza saxlayır, mərasimlər keçirirlər."

İmamcümə vurğulayıb ki, Gürcüstan müsəlmanlarının böyük hissəsi, Əhli-beyt (ə) aşiqləri Ərbəini din ocaqlarımızda, məscidlərimizdə möhtəşəm şəkildə qeyd edirlər: "Ərbəin son üç ildəPeyğəmbərimizin (s) və Əhli-beytin (ə) sədaqətli səhabələrindən olan Qeys ibn Səd ibn Übadənin bölgəmizdəki türbə-ziyarətgahında da keçirilir. Əziz Peyğəmbərimizin (s) yadigarına olan əhdlər təzələlənir. İllər ötdükcə qədim Əhli-beytsevərlər diyarı olan Gürcüstanda da Ərbəin məclisləri rövnəq tapır".
R.Məmmədov qeyd edib ki, hazırda 300-ə yaxın gürcüstanlı mömin və möminə Tiflis Əhli-beyt (ə) məscidi, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və Marneuli İmam Əli (ə) Məscidi tərəfindən təşkil olunmuş Ərbəin ziyarətinə yola düşməyə hazırlaşırlar.




Yazılıb da (də)   2017 Oct 19  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap