Tarix : 2017 Oct 30
Kod 53209

Rusiyada azərbaycanlı oğurlandı: 1 milyon yarım istəyirlər...

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan əsilli kişi maskalı şəxslər tərəfindən oğurlanıb.

Arannews--“Fontanka” nəşri xəbər verir ki, hadisə 25 oktyabrda axşam saatlarında Viborsk rayonunda qeydə alınıb.
Belə ki, oğurlanan şəxsin 45 yaşlı həyat yoldaşı bu barədə polisə məlumat verib.
O bildirib ki, 3 maskalı şəxs 48 yaşlı həyat yoldaşını zorla maşına mindirərək ərazidən uzaqlaşdırıblar və daha sonra həmin şəxlər qadına zəng edərək 1.5 milyon avro qarşılığında kişini azadlığa buraxacağını deyiblər.
Ərazidə yerləşən təhlükəsizlik kamerasına baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, cinayətkarlar azərbaycanlını zorla göy rəngli “Volksvagen Karavella” markalı mikroavtobusa mindiriblər.
Həmçinin müəyyən edilib ki, cinayətkarların qadına zəng etdiyi telefon nömrəsi Ukrayna vətəndaşının adına qeydiyyatda olub.
  • Yazılıb
  • da (də) 2017 Oct 30
  • Göndərən مدير سايت Aran News