Tarix : 2017 Dec 12
Kod 53713

"Qüds hansısa qondarma rejimin paytaxtı olaraq tanına bilməz" - Tale Bağırzadə

"Qüds hansısa qondarma rejimin paytaxtı olaraq tanına bilməz" - bu sözləri həbsdə olan ilahiyyatçı Tale Bağırzadə deyib.

Arannews:Rakurs.tv-istinadən xəbər-Qobsutan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə dekabrın 11-i ailəsi ilə əlaqə saxlayıb. Bu barədə Rakurs TV-ə ilahiyyatçının yaxınları məlumat verib. Onların sözlərinə görə, ilahiyyatçı telefon danışığında Qüds problemimә görә narahatlığını ifadә edәrәk, bu fikirləri səsləndirib: 
"Qüds tək müsəlmanlar üçün deyil, xristianlar və yəhudilər üçün də müqəddəs şəhərdir. Üç səmavi dinin ortaq dəyəridir. Belə bir şəhər hansısa qondarma rejimin paytaxtı, ərazisi olaraq tanına bilməz. Sionist rejimin mahiyyəti ilə işğalçı Ermənistan rejiminin mahiyyəti eynidir. Qüds və Qarabağ da eyni problemin müxtəlif versiyasıdır. Bunu bilmək lazımdır ki, Yaxın Şərqdə İsrail, Qafqazda Ermənistan öz işğalçı siyasətindən əl çəkməyincə sabitlik olmayacaq. Buna görə, Azərbaycan müsəlmanları Qüds problemin daha yaxşı anlayır. Biz heç zaman nə Qarabağın Ermənistan, nə də Qüdsün İsrailin ərazisi olması ilə barışmayacayıq. ABŞ prezidenti bu qərarı ilə özü də bilmədən müsəlmanlar arasında vəhdətin, birliyin güclənməsi üçün fürsət yaratmış oldu. Bir neçə gün əvvəl İslam Peyğəmbərinin mövludu münasibəti ilə "Vəhdət həftəsi"n qeyd edirdik, indi isə bu vəhdəti sərgiləmək üçün imkan yarandı. İndi birləşməyin və müsəlmanların bütün qəzəblərini İsrail rejiminə qarşı yönəltməyinin zamanıdır"
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Nardaran hadisələri ilə bağlı həbs edilib.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırzadə və Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.A
  • Yazılıb
  • da (də) 2017 Dec 12
  • Göndərən مدير سايت Aran News