Tarix : 2018 Feb 01
Kod 54263

Ötən il Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

Ötən il 25 min 144 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.
Arannews-Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər. 
Məlumata görə, 2016-cı ildə isə 22 min 264 erməniyə Rusiya vətəndaşlığı verilib.
Nazirlikdən bildirilib ki, 2017-ci ildə ümumilikdə 257 min 822 nəfər Rusiya vətəndaşlığı alıb. Məlumata görə, ötən il 10394 nəfər Azərbaycan vətəndaşı, 2535 Gürcüstan sakini Rusiya vətəndaşlığını qəbul edib. 

  • Yazılıb
  • da (də) 2018 Feb 01
  • Göndərən مدير سايت Aran News