Tarix : 2018 May 22
Kod 55354

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

“Maarifçiliyə Dəvət” İctimai Birliyi Qəzza zolağında İsrail ordusunun fələstinlilərə qarşı törətdiyi qətliam ilə bağlı bəyanat yayıb.

Arannews-Hədəf14.az bəyanatı təqdim edir:

" İsrailin Qəzza sərhədində ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən fələstinlilər İsrail əsgərləri tərəfindən qətlə yetirilir. Bu ay müsəlmanlar üçün bayram kimi qeyd edilsə də, Fələstində insan ölümü və hüznlə başladı. Mövcud rejim  hələ 70 il əvvəl Fələstini işğal edib oradakı müsəlmanların müqəddəs məkanla sırasında xüsusi yer tutan Qüdsə qarşı hörmətsizlik edir. ABŞ-dan aldığı hərtərəfli dəstəyə güvənən İsrail cinayətlərinə davam etməkdədir. Yaşlı, körpə, hamilə bilməyərək onları amasızcasına güllələrə qurban edir".

"Bu qətliamın məsuliyyəti sionizmə əsaslanan İsraillə yanaşı, həm də ABŞ-ın və onun insanlıq  hissini bütünlüklə itirmiş prezidenti Donald Trampın üzərinə düşür. Bütün bunları edən zalimlərə qarşı etiraz səsimizi ucaldıb bu cinayətlərinə dərhal son verilməsini tələb edirik. Müsəlmanlara mmüqəddəs olan Ramazan ayı hörmətinə Allahdan bütün məzlum müsəlmanlara azadlıq, xoşbəxtlik və qalibiyyət diləyirik"!

Hörmətlə: "Maarifçiliyə dəvət" İctimai Birliyin sədri hacı Elçin Manafov

  • Yazılıb
  • da (də) 2018 May 22
  • Göndərən مدير سايت Aran News