Tarix : 2018 May 23
Kod 55362

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
Arannews-"İslaminSesi.info" bildirir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


  • Yazılıb
  • da (də) 2018 May 23
  • Göndərən مدير سايت Aran News