Tarix : 2018 May 23
Kod 55364

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinə islahatlar aparılması üçün 140 milyon dollar ayrılmasını nəzərdən keçirməyə hazırdır.
Arannews-FaktXəbər "tvzvezda"ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo məktub yazıb.
Məktubun mətni Amerika Erməni Milli Komitəsi tərəfindən ictimaiyyətə təqdim olunub.
"Biz "Minilliyin Çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması haqqında məsələyə baxmağa hazırıq",-deyə məktubda deyilir.
 Buna qədər komitə Ermənistana 40 mln. dollar maliyyə yardımı ayrılması ilə əlaqədar ABŞ Dövlət Departamenti məktub göndərib.
 Müraciətin təşəbbüskarları iddia edirdilər ki, pul islahatların dəstəklənməsi üçün lazımdı

  • Yazılıb
  • da (də) 2018 May 23
  • Göndərən مدير سايت Aran News