Tarix : 2018 May 23
Kod 55365

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

İraqda Muqtəda Sədrin rəhbərlik etdiyi Sədr siyasi hərəkatının yaratdığı "Sairun" koalisiyasının İraq parlamentində əksər yerləri qazanmasında sonra İraq siyasətində maraqlı hadisələr yaşanır.

Arannews-FaktXəbər-in məlumatına görə, Sədr hərəkatının və "Sairun" koalisiyasının sözcüsü Ziya əl-Əsəd verdiyi açıqlama zamanı bildirib ki, ABŞ "Sairun" koalisiyasının qələbəsindən sonra koalisiya üzvləri ilə əlaqə yaradıb:Müqtəda Sədrin müavinlərindən olan Ziya əl-Əsəd "Reuters" xəbər agentliyinə müsahibəsində qeyd edib ki, ABŞ-la birbaşa görüş keçirilməsə də, müəyyən vasitəçilər və bəzi kanalların köməyi ilə "Sairun" koalsiyası ilə danışıqlar aparıblar."Reuters" yazır ki, Muqtəda Sədrin İraqdakı qələbəsi Vaşinqton üçün sürpriz idi və ABŞ-ı çətin vəziyyətdə qoydu, çünki 2003-cü ildə İraq prezidenti Səddam Hüseynin devrilməsindən sonra Amerika qüvvələrinə qarşı ən mühüm silahlı əməliyyatları məhz Sədrin yaratdığı "Mehdi ordusu" həyata keçirdi. Əgər Müqtəda Sədr baş nazir seçilərsə, ABŞ məcburdur ki, İraqdakı maraqlarını təmin etmək üçün onunla danışıqlara getsin. "Reuters"in əl-Əsədə ünvanladığı, "əgər Sədr hakimiyyət qurarsa, yenidən "Mehdi ordusu" fəaliyyət göstərəcəkmi, onlar ABŞ-a qarşı yenidən mübarzə aparacaqmı" sualına o, belə cavab verib: 

"Biz köhnə evimizə qayıtmayacağıq. İstəmirik İraqın rəsmi ordusundan, təhlükəsizlik qüvvələrindən və federal polisindən başqa birliyimiz olsun." Ziya əl-Əsəd həmçinin dünən "əl-Məyadin" telekanalına müsahibəsi zamanı bildirib ki, Muqtəda Sədr heç bir dövlətə İraq ərazisindən plasdarm kimi istifadə olunmasına icazə verməyəcək: "Sədr hərakatı və "Sairun" koalisiyası ABŞ-ın istəklərinə uyğun hərəkət etməyəcək. İranla isə bizim aramızda sabit əlaqlərimiz var. Heç bir ölkəyə icazə verməyəcəyik ki, İraqın daxili və xarici siyasətinə qarşısın."

  • Yazılıb
  • da (də) 2018 May 23
  • Göndərən مدير سايت Aran News