Tarix : 2018 May 24
Kod 55366

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-də mitinq keçirmək müraciətinə rədd cavabı verib.

Arannews-Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat yayıb.O bildirib ki, icra hakimiyyəti aksiyanı mayın 26-da keçirməyi məqsədəuyğun hesab edir:“Cümhuriyyətin 100 illiyi ilə bağlı mitinqə razılıq verməmək hökumətin özünüifşasıdır. Milli Şura da mayın 26-da mitinq keçirməkdən imtina edir və mayın 28-də Novxanıda bayram mitinqi keçirməyə qərar verib”.

meydan.tv

  • Yazılıb
  • da (də) 2018 May 24
  • Göndərən مدير سايت Aran News