Xəbər Lenti

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir

Xələf Xələfov: "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

QMİ sədrinin nümayəndəsi “Qaloş piri” videosuna münasibət bildirib

Qəbələdə üç ölkənin Müdafiə nazirləri görüşür

Putin ABŞ-ın hərəkətlərinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Rövşən Əhmədli və Eldəniz Quliyev siyasi məhbuslarla görüşdü

Rusiya Suriyada ABŞ-a qarşı ən yeni məxfi silahlarını istifadə edir

Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir

Bakıda vəkili döyən polislər işdən çıxarılıb

Ordumuz şəhid verdi

XİN: Ermənistanın törətdiyi növbəti qanlı əməl bölgədə gərginliyi artırmağa xidmət edir

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Azərbaycan Respublikasının oructutanları ilə canlı yayımda söhbət edib

Ayətullah Amili Azərbaycan Respublikası xalqını Fitr bayramı münasibətilə təbrik edib

İran nüvə silahı ilə bağlı bəyanat verdi

Eldar Mahmudov onu "bitirməyə" mane olan kompromatları harada saxlayır, Londonda, yoxsa

Arxiv Print RSS
 
Tarix : 2018 May 30     |     Kod : 55428

ABŞ Qarabağ münaqişəsinin donunu “açır” /Qəhrəman Nurani

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Xalq Cümhuriyyətinin yaranışının 100 illiyi bağlı yaydığı bəyanatda bildirib: “ABŞ Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarının axtarışına bağlı qalır və tərəfləri tez bir zamanda intensiv danışıqları yeniləməyə çağırır”

Arannews-ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Xalq Cümhuriyyətinin yaranışının 100 illiyi bağlı yaydığı bəyanatda bildirib: “ABŞ Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarının axtarışına bağlı qalır və tərəfləri tez bir zamanda intensiv danışıqları yeniləməyə çağırır”.
Pompeodan az öncə prezident Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qarşıdakı ayların Dağlıq Qarabağ məsələsi üçün yeni imkanlar açacağını bildirmişdi. 


 D.Trampın və M.Pompeonun Qarabağ münaqişəsinin həllini xüsusi olaraq vurğulamaları və həll prosesinin tezləşdirilməsini qeyd etmələri Azərbaycanda bir sıra ekspertlərin nikbinliyinə səbəb olub. Keçmiş xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov bu barədə deyib ki, Tramp adminstrasiyasından Bakıya göndərilən məktubda Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilməsi ABŞ-n bu məsələ ilə yaxından məşğul olacağını göstərir.

Politoloq Məhəmməd Əsədullazadə isə son Qarabağ açıqlamasını Vaşinqtonun Rusiyanı sıxışdırmaq strategiyasının tərkib hissəsi kimi xarakterizə etmişdir. Onun fikrincə ABŞ regionda Rusiyanı tədricən sıxışdırmağa başlayır və həll edici siyasi mərhələyə başlamağı planlayır. Ona görə də Qarabağ konfliktinin həllini önə çəkir.

ABŞ-ın ikili standartlardan əl çəkərək guya Azərbaycan Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyinə dair fikirlər elə bir halda səsləndirilir ki, Birləşmiş Ştatların Azərbaycana yönəlik strategiyasında hələ ki ciddi bir addım atılmayıb. Üstəlik bu ölkə ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistana əlavə maliyyə yardımlarınin verilməsi üzərində iş gedir. Rəsmi məlumatlara əsasən separatçı rejim və Ermənistan 2019-cu ildə ABŞ-dan təxminən 70 milyon dollar yardım alacaqlar. Bundan əlavə ABŞ-ın dövlət katibi Mayk Pompeo Minilliyin çağırışları korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırlığını bildirib. Həmin proqram çərçivəsində Ermənistana nə az nə çox 140 milyon dollar pul nəsib olacaqdır.

Müşahidəçilər bu faktları nəzərə alaraq Amerika dövlət rəsmilərinin məhz diqqətləri öz ermənipərəst hərəkətlərindən və işğalçı dövlətə xüsusi loyallıq göstərmələrini pərdələmək üçün Azərbaycan rəhbərliyinə yalan vədlər verdikləri qənaətindədirlər. Onu da nəzərdən qaçırmaq olmaz ki, ABŞ dövlət katibi Qarabağ konfliktinin sülh yolu ilə həllini vurğulamaqla rəsmi Bakıya hərb variantından vaz keçməli olduğunu xatırladıb. Görünür, bu məsələdə Minsk qrupuna həmsədrlik edən ABŞ-ın mövqeyində dəyişiklik yoxdur və bu dövlət də Rusiya və Fransa kimi Azərbaycan Respublikasının öz torpaqlarını hərb yolu ilə geri qaytarmasının qəti əleyhinədir.

Digər tərəfdən ABŞ hökumətinin Ermənistandan gələn aqressiv tonda Qarabağ açıqlamalarına və yeni baş nazir Nikol Paşinyanın danışıqlar prosesini pozmaq istiqamətində provokasiyasına sərt reaksiya vermək yerinə erməni hökumətinə maliyyə yardımları ayırmaq təşəbbüsü onu deməyə əsas verir ki, hal-hazırda Ermənistana nəzarət üstündə Qərb ilə Rusiya arasında rəqabət şiddətlənib və Qarabağ kartının bu məsələdə əhəmiyyətini nəzərə alsaq, onun BMT qətnamələri və beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli Ağ Evə heç bir divident qazandıra bilməz. Və ABŞ Cənubi Qafqazada öz mövqelərini möhkəmlətmək üçün Ermənistan və erməni lobbi təşkilatlarının maraqlarını nəzərə almalıdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təbii ki bu məqsədə cavab vermir. Bu səbəbdən Tramp və Pompeonun vədləri münaqişənin donunu açmağa deyil, uzaqbaşı onun elə dondurulmuş vəziyyətdə qalmasına xidəmət edə bilər. Amerikalılar bəlkə də Xankəndidən Azərbaycana barmaq silkələyib onu qorxaq dövlət adlandıran Paşiniyanı cilovlamaq niyyətində olduqlarını aşılamaqla bunun əvəzində rəsmi Bakını münaqişənin həlli istiqamətində güzəştə vadar etmək istəyirlər. Bundan əlavə Azərbaycanın ictimai rəyində Amerikaya qarşı yaranmış antipatiyanı azaltmaq da Ağ Ev rəhbərliyinin yeni Qarabağ siyasətinin hədəfləri sırasında görünməkdədir. / Qəhrəman Nurani 


Yazılıb da (də)   2018 May 30  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap