Xəbər Lenti

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Gürcüstanın sosial müdafiə naziri istefa verib

Ombudsman Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib

Misirin keçmiş prezidenti Morsi vəfat edib

Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi - Nazir

Ərdoğandan Makrona sərt reaksiya: Sən kimsən ki

Suriyanın XİN rəhbəri Çinə rəsmi səfərə gedib

Gürcüstandan sığınacaq istəyən və dünən həbs olunan azərbaycanlı fəal ekstradisiya olunacaqmı

Ermənilər Qarabağda təlimlərə başladılar

Bakıda İranın iştirakı ilə Ümumdünya Turizm Təşkilatının İcra Şurasının iclası başlanıb

Yəmən Səudiyyənin iki hava limanına hücum edib

"ABŞ səfiri Tbilisini qarışdırır" - Gürcü Pravoslav Kilsəsindən iddia

Yaxınları məhbusun öldüyünü iddia edir

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Türkiyə Ordusu 77 PKK terrorçusunu məhv edib

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək

Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

Ruhani: İran terrorizmin dünyanın digər məntəqələrinə sızması və yayılmasına mane olubdur

İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

Milli Qəhrəman Çingiz Mustafayevin şəhadətindən 27 il ötür

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Arxiv Print RSS
 
Tarix : 2018 Nov 01     |     Kod : 56822

Müstəqil hüquqşünaslara niyə təzyiq edilir

Son günlər hökumət müstəqil hüquqşünaslara qarşı təqiblərin yeni mərhələsinə start verib.

Arannews-Təqiblərin birinci mərhələsində Milli Məclis məhkəmələrdə nümayəndə qismində çıxış edən hüquqşünasların çıxışını qadağa edən qanun qəbul etdi. Qanunun qəbulundan öncə hökumətin nümayəndə qismində iştirak edən hüquqşünaslara təsir imkanları yox idi. Sərbəst hüquqşünaslar vətəndaşların icra orqanlarına, bələdiyyələrə, polisə qarşı iddialarına hüquqi yardım göstərirdilər.Hüquqşünaslar məhkəmə proseslərində uduzurdularsa, işləri Avropa Məhkəməsinə göndərirdilər. Avropa Məhkəməsinə şikayət tərtib edən hüquqşünasların sırasında vəkil olmayanlar daha çox idi. Hökumət hüquqşünasların prosesə çıxmasını qadağan edən qanun qəbul etməklə bərabər onların Vəkillər Kollegiyasına qəbulunun da qarşısını kəsdi. Müstəqil hüquqşünaslar burada məqsədin Avropa Məhkəməsinə göndərilən şikayətlərin qarşısını almaq səciyyəsi daşıdığını düşünür. Hazırda yüzlərlə iş kommunikasiya mərhələsində olduğundan hökumətin narahatlığı və bu istiqamətdəki addımları anlaşılandır.Son statistikaya görə Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusu ilə bağlı qəbul olunmuş qərarların üçdə ikisi Azərbaycanın payına düşür. Konkret olaraq, Azərbaycan haqda 18-ci maddəylə bağlı 10-dan çox qərar qəbul olunub. Ancaq hökumət məhkəmə sistemində islahat aparıb Avropa Məhkəməsinə şikayətlərin qarşısını almaq əvəzinə sənədləri tərtib edən hüquqşünasların və vəkillərin təqibinin yeni mərhələsinə başlayıb.Məsələn, Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəliyi kommunikasiyası başlamış yeni işlər üzrə quruma müraciət edib ki, işləri hazırlayan hüquqşünaslar proseslərdə tərəf kimi iştirak edə bilməzlər. Nümayəndəlik Avropa Məhkəməsinin reqlamentindəki 36-cı maddəyə istinad edir. Halbuki, həmin hüquqşünaslar 10 ildir Avropa Məhkəməsi ilə işləyirlər. Hüquqşünaslar hesab edir ki, indi bu məsələnin qabardılması kampaniya xarakteri daşıdığını deməyə əsas verir.Ümumiyyətlə, hökumət əvvəllər də bəzi hüquqşünasların nümayəndə kimi iştirakının qarşısını almaq yönündə cəhd edirdi. Söhbət konkret olaraq hüquqşünas İntiqam Əliyevdən gedir. Onunla bağlı hətta 7-8 il əvvəl Avropa Məhkəməsinə müraciət də olmuşdu. Səbəb kimi İntiqam Əliyevin Vəkillər Kollegiyasının üzvü olmadığını göstərmişdilər. Ancaq Avropa Məhkəməsi müraciətə reaksiya vermədi.Görünür, hökumət hazırda daha sistemli təqib mexanizminə keçib. Belə ki, 10 gün əvvəl Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən beynəlxalq tədbirdə bu məsələni yendən qaldırdı. O dedi ki, Avropa Məhkəməsi qaydaları pozur, kollegiyaya üzv olmayan şəxslər şikayətçi tərəfin nümayəndəsi olurlar.Məsələ ondadır ki, bu cür şikayətlərdə iki tərəf var: ərizəçi və hökumət. İkincinin nümayəndəsi Çingiz Əsgərovdur, amma o da Vəkillər Kollegiyasının üzvü deyil.Necə ola bilər ki, bir tərəfin nümayəndəsinin ancaq Vəkillər Kollegiyasının üzvü olması tələb olunsun, digər tərəfdə isə hüquqşünas olması kifayətdir, bu, ziddiyyətlidir.İkinci, Avropa Məhkəməsinin əsas gətirildiyi reqlamentində deyilir ki, Palata sədri nümayəndə barədə ayrı qərar qəbul etmirsə, deməli, yalnız kollegiyanın üzvü iştirak edə bilər. Əgər nümayəndə kollegiyanın üzvü deyilsə, lakin iş icraata qəbul olunur və icraata başlanırsa, bu, o deməkdir ki, Palatanın sədri həmin halla razılaşıb.Hökumət Avropa Məhkəməsinə artıq bir neçə iş üzrə müraciət göndərib. Ancaq Avropa Məhkəməsinin hökumətin “toru”na düşməsi inandırıcı deyil.Hökumətin Avropa Məhkəməsinə şikayətlər hazırlayan, xüsusilə siyasi işlər üzrə şikayətləri yazan vəkil və nümayəndələrə qarşı qeyd etdiyimiz təqib kampaniyası ictimaiyyətin yaddaşında iz buraxıb. Avropa Məhkəməsi ilə fəal işləyənlər kollegiyadan çıxarılır, məsələn, Xalid Bağırov, Yalçın İmanov, İradə Cavadova, Əlayif Həsənov, Elçin Namazov. Fəxrəddin Mehdiyevin, Əsabəli Mustafayevin, Nemət Kərimlinin fəaliyyəti isə dayandırılıb.Bundan əlavə, bəzi hüquqşünasların kollegiyanın şifahi müsahibəsindən buraxılmaması təqib siyasətinin tərkib hissəsidir. Hökumət istəyir ki, Avropa Məhkəməsinə şikayətləri yalnız kollegiya üzvləri göndərsin, sonra bu işi görənləri də nəzarətə götürüb onlara qadağa qoysunlar.Artıq kollegiya rəhbərliyinin bir sıra vəkillərə Avropa Məhkəməsinə heç bir şikayət yazmaması ilə bağlı təzyiq göstərməsi barədə məlumatlar yayılır. Bu yaxınlarda Avropa İttifaqının və Avropa Şurasının layihəsi əsasında Bakıda vəkillər üçün Avropa Məhkəməsinə şikayətlərin tərtibi ilə bağlı təlimlər keçirirdilər. Adətən bu cür təlimlər görüntü və qrantların silinməsindən başqa bir şey deyil. Çünki nəticə yoxdur. Belə ki, həmin təlimlərdə bir neçə il əvvəl də iştirak etmiş vəkillərin Avropa Məhkəməsinə hər hansı şikayət göndərməsi ilə bağlı məlumatlar yoxdur.Hökumətin Avropa Məhkəməsi ilə işləyən hüquqşünaslar və vəkillərə ən böyük təsir mexanizmindən biri də kompensasiyaların ödənilməməsi ilə bağlıdır. 2016-cı ildən başlayaraq siyasi işlərlə bağlı qərarların əsasında verilməli olan kompensasiyalar nə ərizəçilərə, nə də onların nümayəndələrinə ödənilirdi. 2017-ci ildə ödəniş qismən olsa da, yenidən dayandırıldı, bu yaxınlarda bir neçə nəfərə az miqdarda ödənmə olduğu deyilir.

Hökumət bu məsələdə yeni taktikaya əl atır. Həmin işlərdə nümayəndə olmuş vəkillərə və hüquqşünaslara ödəniş edilmir. Yəni ərizəçilərə kompensasiya ödənilsə də, hüquqşünaslara ödənilmir. Hətta oxşar münasibət mülki işlərdə də göstərilir, yəni mülki işlərlə bağlı həmin vəkillərin maliyyə vəsaitlərini ödəmir. Bununla da, hökumət onların maliyyə mənbəyini kəsməklə yeni işlərə çıxmalarına maneçilik yaradır. Praktika bəzi vəkillərin yeni kommunikasiya işlərini aparmağa, yaxud siyasi fəalların iddialarını gerçəkləşdirməyə maliyyə imkanlarının olmadığını göstərir.Ona görə də ekspertlər hesab edir ki, ictimaiyyət bu məsələdə öz sözünü deməsə, siyasi fəallar dəstəksiz qala bilərlər.Bugünlərdə təkbaşına DİN qarşısında Qarabağın azad olunması ilə bağlı aksiya keçirdiyi üçün 10 sutka inzibati cəza alıb, sonra buraxılan Əziz Qəhrəmanov maddi imkanı olmadığı üçün vəkil xidmətindən istifadə edə bilmədi. Qohumlarının müraciət etdiyi vəkilin isə order almaq üçün pulu olmayıbmış. Bu fakt təhlükəli mərhələnin başlandığını göstərir. Əgər əvvəllər rayonlarda həbs olunan siyasi fəalların müdafiəsində maliyyə və təşkilati çətinlik yaranırdısa, indi həmin vəziyyət Bakıda təkrarlanır.Ötən ilin noyabrında Vəkillər Kollegiyasından xaric edilən Yalçın İmanov hesab edir ki, hazırkı durumda hüquqşünaslar və vəkillər üçün ən ağır məsələ müstəqil məhkəmə sisteminin olmamasıdır. Vəkil, hüquqşünas qəbul etdiyi müştərinin işini, hətta bu iş qanuni əsaslı olsa da, qanuni qərarın qəbuluna dair təminat verə bilmir. Bu, məhkəmə sisteminin müstəqil olmaması, yaxud siyasi hakimiyyətdən, digər məsələlərdən asılı olmasıdır:“Hətta mülki işlərdə belə ədalətli qərarların çıxarılması mümkün olmur, ya da şəxs dövlətin himayəsində olduqda, məhkəməyə təsir etmək imkanı olur. Bu halda qanuni qərarın qəbulundan söhbət gedə bilməz. Yalnız mahiyyətcə kiminsə maraqlarına toxunulmayan işlərdə ədalətli qərar çıxarılır. Məsələn, nikahın pozulması, aliment məsələsi və s. Amma mübahisəli işlərdə ədalətli qərarlar olmur. Siyasi işlərdə isə istintaq orqanının gəldiyi nəticə məhkəmədə notarial qaydada təsdiqlənir. İkinci düşündürücü məsələ müstəqil və peşəkar vəkil qurumunun olmamasıdır. Vəkillər Kollegiyası bütün vəkillərin yeganə təmsil olunduğu orqandır. Yeni qanunvericiliyə görə vəkillərin alternativ peşə orqanı ola bilməz. Son illər vəkillərin kütləvi şəkildə və mütəmadi olaraq kollegiyanın vasitəsilə cəzalandırılması bu qurumun təhkimçi orqan olduğunu təsdiqləyir. Belə olan halda müstəqil və peşəkar fəaliyyətdən söhbət gedə bilməz. Çünki ortada olan faktlar bu cür vəkillərin cəzalandırıldığını göstərir”.Yalnız İmanov xatırladıb ki, 2017-ci ilin dekabrında Vəkillər Kollegiyasının Davranış Kodeksi qəbul edilib: “Bu sənəd tamamilə mürtəce əsasnaməydi. Məqsəd müstəqil və bu iddiada olan vəkilləri istənilən an cəzalandırmaq idi”.Yalçın İmanovu növbəti narahat edən məsələnin ölkədə hüquqi düşüncənin kifayət qədər olmamasıdır:“Ölkə əhalisinin hüquqi düşüncəsinin yetərli olmamasının tarixi-sosioloji əsasları var. Amma ortalıqdakı fakt ondan ibarətdir ki, insanların hüquqi düşüncəsi yetərli deyil. Bu isə hüquqşünasların və vəkillərin fəaliyyətində ciddi problemlər yaradır. Hətta ilkin hüquqi anlayışların tam anlaşılmamsı, vəkilin funksiyası ilə hakimin, prokurorun funksiyasının dəyişik salınması hüquqi düşüncənin kifayət qədər olmamasından irəli gəlir”.Onun həmkarı Samira Ağayeva da müstəqil məhkəmə və hüquq siseminin olmamasını xüsusilə vurğulayır:“Qanunların düzgün tətbiq olunmaması da bizə problem yaradır. Ən əsası məhkəmə sisteminin icra hakimiyyətindən asılılığıdır. Vəkillər belə halda müdafiə hüququnu tam şəkildə həyata keçirə bilmirlər”.Samira Ağayevə deyir ki, hökumət Avropa Məhkəməsinə şikayətlərin göndərilməsinə mane olmağa çalışır. Bu, konkret olaraq poçt vasitəsilə edilir.


Yazılıb da (də)   2018 Nov 01  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');