Tarix : 2008 Jul 09
Kod 5741

Bu gün ABŞ dövlət katibi Kondaliza Rays Gürcüstana gəlir

Səfərdən bir gün əvvəl isə M.Saakaşvili Milli Təhlükəsizlik Şurasının iclasını keçirib
Gorgia Servisi/Aran Agentliyi
Bu gün xüsusilə Rusiyanın bütün diqqəti Tiflisdə olacaq. ABŞ-ın dövlət katibi Kondoliza Rays bu axşam Gürcüstana gələcək və prezident Mixail Saakaşvili ilə təklikdə Abxaziya və Cənubi Osetiyada yaranmış vəziyyəti müzakirə edəcək.
    Səfərdən bir gün əvvəl isə M.Saakaşvili Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Müdafiə naziri David Kezeraşvili Tanınmamış Cənubi Osetiya milisinin 4 gürcü zabitini həbs etməsi, Tsxinvaliyə aparması, sonradan isə onların azadlığa buraxılması barədə məlumat verib. İclasın başqa təfərrüatları açıqlanmır
  • Yazılıb
  • da (də) 2008 Jul 09