Tarix : 2019 May 08
Kod 58111

8 may 1992-ci ildə Şuşanın işğal olunması münasibətilə

Şuşa Azərbaycanın əzəli torpaqlarının əbədi və ayrılmaz hissəsidir

Şuşanın işğalından 27 il ötür-Şuşa Azərbaycanın əzəli torpaqlarının əbədi və ayrılmaz hissəsidir

AranNews – Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə Azərbaycan Respublikasına təcavüzü nəticəsində bu ölkə torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafında 7 rayon (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) işğal edildi, Azərbaycanın 1 milyona yaxın əhalisi öz yurd-yuvalarından köçkün düşdü.Ermənistan-Azərbaycan arasında hərbi münaqişə zamanı ermənilər tərəfindən işğal edilmiş şəhərlərdən biri də Şuşadır. Azərbaycanın mədəniyyət və əsrarəngiz musiqi beşiyi, əzəli torpaqlarının əbədi və ayrılmaz hissəsi, alimlər, incəsənətçilər, böyük şairlər yurdu olan Şuşa artıq 27 ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır.1991-ci il 18 oktyabrda müstəqilliyini elan edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi ilə qarşılaşdı və bu məntəqə Ermənistanın siyasi hücumu və etnik təmizləməsinə məruz qaldı. Dərin siyasi, iqtisadi və ictimai böhranlara baxmayaraq ölkə Qarabağda yaranmış vəziyyətdən çıxmağa təlaş edirdi. Bu şəraitdən qurtulmaq üçün könüllü qüvvələrə ümid bağlamışdı.Bununla belə, könüllü xalq qüvvələrinin fədakarlıqlarına baxmayaraq yaranmış bir sıra təşkilatsızlıqlar üzündən Ermənistan qüvvələri 8 may 1992-ci ildə Şuşanı işğal etdi.Şuşa döyüşlərində 195 nəfər həlak oldu, 165 nəfər yaralandı və 58 nəfər əsir düşdü. İşğaldan sonra ermənilər bu şəhərdə milli memarlıq simvollarını məhv etdilər, onları öz istəklərinə uyğun təzədən tikdilər, bir zamanlar xanların paytaxtı olmuş Şuşanın dəyərli tarixi əsərlərini vuran etdilər. Şəhərin nadir tarixi tikililərini, qədim binalarını, ibadətgahları, yaşayış binalarını, hətta qəbiristanlıqlarını dağıtdılar, kitabxana və muzeylərini tarac etdilər, Qafqazın cənnəti adlanan təbiətini xarabalığa çevirdilər.Şuşanın işğalı hadisəsində yüzlərlə mülki şəxs həlak oldu, 60 nəfərə yaxın dinc əhali girov götürüldü və itkin düşdü. Həlak olanlar və girovlar arasında qadın və uşaqlar da var idi. Onların çoxundan indiyə kimi heç bir xəbər yoxdur. Şuşanın işğal olması nəticəsində 22 min nəfər öz ev-eşiyindən köçkün düşdü. 


  • Yazılıb
  • da (də) 2019 May 08
  • Göndərən مدير سايت Aran News