Tarix : 2019 May 28
Kod 58230

Qədr gecələrinə bərabər olan bir gecə.

İmam Məhəmməd Baqir (ə) öz atası imam Səccadan (ə) nəql edir. Atam mübarək ramazan ayının son gecəsini səhərə qədər dua, ibadət və zikrlə məşğul olurdu.
Mən atamdan soruşdum atacan bu gecə nə gecəsidirki, hansı fəzilət və dəyəri var

Atam buyurdu: bu gecənini (bayram gecəsi) fəzilət və dəyəri Qədr gecələrindən az deyil.

Bayram gecəsinin əməlləri haqqında Həsən ibn Raşid imam Sadiqdən (ə) belə rəvayət edir. O deyir İmama (ə) dedim camaat deyirki, Ramazan ayını oruc tutan şəxsə məğfirət və rəhmət Qədr gecəsində nazil olur.

İmam (ə) buyurdu: ey Həsən, bir işi görən fəhlənin muzdunu işin sonunda verirlər. Oruc tutanın bu günüdə Fitr bayramıdır.

Həsən deyir mən imam Sadiqdən (ə) soruşdum sənə fəda olum bu gecə mənə hansı əməlləri yerinə yetirməyi tövsiyə edərdin?

İmam (ə) buyurdu: günəş batdıqdan sonra eləki şam namazını qıldın iki əllərini göyə açaraq denən: ey əta edən Allah. Ey rəhməti geniş olan Allah. Ey Muhəmmədi (s) seçən Allah. Ey Əlini (ə) Muhəmmədə (s) köməkçi seçən Allah. Səndən istəyirəm Muhəmməd (s) və Əhlibeytinə (ə) salavat və salam göndər, mənim bütün günahlarımı bağışla.

Bu sözləri dedikdən sonra səcdəyə gedib 100 dəfə denən: əstəğfirullah (rəbbi və ətubu iləyhi).

Başını səcdədən qaldırmamış Allah sənin bütün gunahlarını bağışlayar.

İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən 

Ahlibeyt.ge
  • Yazılıb
  • da (də) 2019 May 28
  • Göndərən مدير سايت Aran News