Tarix : 2019 Jun 01
Kod 58244

İsrail səfirliyi qarşısında aksiya keçirilib - Foto

İsrail səfirliyi qarşısında aksiya keçirilib

Azərbaycan İslam Partiyasının bir qrup üzvü Beynəlxalq Qüds günü ilə əlaqədar Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib. FaktXəbər-in verdiyi məlumata görə, aksiyada iştirak edən inanclılar ABŞ və İsrailin Qüdslə bağlı işğalçı siyasətinə etiraz ediblər.

Nümayişçilər "Məhv olsun ABŞ və İsrail", "Qüds müsəlmanların ilk qibləgahıdır", "Qarabağa və Qüdsə azadlıq" və başqa şüarlar səsləndiriblər.

Aksiya iştirakçılarının bəziləri saxlanılıb. Onlar Yasamal rayonu 27-ci polis bölməsinə aparılıblar.

 
  • Yazılıb
  • da (də) 2019 Jun 01
  • Göndərən مدير سايت Aran News