Tarix : 2019 Jun 02
Kod 58255

Biz Qüdsü, fələstinliləri dövlət səviyyəsində başa düşmədikcə Qarabağı ala bilmərik

Xalq Qarabağı istəmədiyi halda isə Əliyev hakimiyyəti dövlət büdcəsini daha çox talayacaq, xalqdan oğurlayacaq və səfa içində yaşayacaqlar
Arannews-Demək olar ki, Mübarək Ramazan ayının son cüməsi BÜTÜN DÜNYADA BEYNƏLXALQ QÜDS GÜNÜ keçirilsə də bizim ölkəmizdə ancaq bir sıra dindarlar, o da QMİ-ə və hökümətə bağlı olmayan azad ruhlu, mübariz dindarlar bu günü qeyd edir. Halbuki bütün dünyada, xarici ölkələrdə, müsəlman dünyasında genişmiqyaslı mitinqlər, yürüşlər, aksiyalar, konfranslar təşkil edildiyi bir vaxtda Azərbaycanda belə bir təşəbbüs dövlət adamları tərəfindən irəli sürülmür. Bircə dəfə biz hələ də deputatxanamızda fələstinlilərin məzlumiyyətinin duyurulmasının diqqətə çatdırılmasının şahidi olmamışıq. Ona görə ki, deputatxanada təyinatla əyləşən harınlamış deputatlar gecə mərmi səsiylə, yanıb kül olma qorxusuyla üzləşməyiblər, onlar qarınları kimi vicdanları da oğurlamaqdan qəsavət bağlayıb, təsirsiz ötüşür. Çünki bu ona görədir ki, bizim məmurlar, dövlət, hökümət adamları, deputatlar, icra başçıları arasında sionistlərin qondarma səfirliklərindən "it kimi qorxan" insanlar vardır. Onlar bir tərəfdən sionistlərin qəzəblənməsindən qorxur, digər tərəfdən BEYNƏLXALQ QÜDS GÜNÜ İran İslam Respublikasının banisi mərhum İmam Xomeyni tərəfindən təsis edildiyi üçün qorxurlar ki, birdən amanın bir günüdür, adları İranla hallanar. 
Halbuki başqa vaxtlarda prezident də başda olmaqla Azərbaycandakı tolerantlıqdan, mən nə bilim multikulturalizmdən danışırlar. Məsələn elə bu yaxınlarda İlham Əliyevin yəhudi dini icmasına milyonlarla pul yardım etdiyi açıqlandı. Qondarma sionist İsraildə isə qondarma, sionist baş nazir Netanyahoya imkan tanımışdılar ki, hökümət formalaşdırsın. O isə milli və dini partiyaların koalisiyasının yaradılmasına cəhd edirdi. Bu isə o deməkdir ki, Azərbaycan hökümətinin adamları Fələstində məzlumcasına şəhid edilən körpə uşaqları özlərinin müsəlman qardaşı hesab etmir, dində onlarla şərik olmayan yəhudilərə "dinlər qardaşdır" deviziylə milyonlarla yardımlar edirlər. O tərəfdən isə müsəlmanların qanına susayan sionistlərin qondarma baş naziri öz hökümətində öz din qardaşlarına da yer verir. Biz isə öz dinimizin irəli gedən ruhanilərini, dindarlarını həbs edirik.
Məhz buna görədir ki, biz heç zaman Qarabağımızı ala bilməyəcəyik. 
Bəzən hansısa dindarlar, ruhanilər, ilahiyyatçılar Qarabağı Qüdslə eyniləşdirəndə kimlərsə bundan ikrah hissi keçirir. Təbii ki, bir mənada bu məsələyə təbii yanaşmaq lazımdır. Çünki necə ki, uzun illərdir Qarabağ haqda deyilənlər insanlarda ikrah hissi yaradır, "köhnə hamam köhnə tas" deyib əhəmiyyət vermirlər, bu məsələyə də əhəmiyyət verən yoxdur. Bu da ona görədir ki, insanları bilərəkdən dindən, imandan, şəhadətdən, İmam Hüseyndən (ə) ayrı salıblar ki, insanlar hətta öz torpaqlarını müdafiə edə bilməsinlər. 
Kiçik bir misal: Bu günə qədər biz dəfələrlə görmüşük ki, bəzi qudurğan məmurlar gəlib xoşladığı ərazilərdə, ev, kompleks, villa, ticarət mərkəzi və s. obyektlər tikmək üçün yararlı gördükləri ərazilərdə yerləşən evləri camaatdan ucuz qiymətə almağa çalışırlar. Camaat isə imtina edəndə hökümətlə danışıq aparıb razılaşırlar və gəlib zorla insanlarl evlərindən bayıra çıxarırlar. Qanunsuzluqla qanun düzəldəndə də xalq etiraz edə bilmir. Yiyəsi olmayan ölkədə isə xalq bilmir kimə şikayət etsin. Məcbur olub ya evini ucuz qiymətə satır, ya da evi başına uçulandan sonra video çəkib paylaşır, İlham Əliyevə şikayət edirlər. Baxın, xalqı İmam Hüseyn (ə) məktəbindən buna görə uzaq salırlar. Amma İmam Hüseyn (ə) məktəbi həmin ev sahiblərinə, torpaq maliklərinə təlqin edilsəydi onlar ölərdilər amma öz evlərini düşmənə təslim etməzdilər. Başqa sözlə, mən İmam Hüseynçi olsaydım evim başıma uçulanda daşın-divarın altından cəsədim tapılardı. Yəni, cəsədimi çəynəməmiş evimi əlimdən ala bilməzsiniz. Allah məzlum xalqa kömək olsun. 
Hökümət adamları, qudurğan məmurlar gözəl bilirlər ki, Xəzərə hasar çəksələr, monopoliya yaratsalar, idman sahələrini özəlləşdirsələr, dövlətin nazirliklərini dədələrinin malı hesab etsələr onsuz da xalq onlara etiraz etməyəcək. Belə olan halda isə xalq Qarabağ savaşı da istəməyəcək. Çünki bir ailə özünün illərdir yaşadığı, dədə-baba mirası olan evini qoruya bilməyəndən sonra 20 faiz torpağı da qoruya bilməyəcəkdir. Xalq Qarabağı istəmədiyi halda isə Əliyev hakimiyyəti dövlət büdcəsini daha çox talayacaq, xalqdan oğurlayacaq və səfa içində yaşayacaqlar. Məhz buna görə də onların zərrəcə həvəsləri yoxdur ki, Qüdsün işğalını, fələstinli körpələrin məzlumcasına şəhadətini müzakirə mövzusu edib qabartsınlar. Bu minvalla da zillət içində yaşayıb gedirik. İzzətli həyat bizə heç zaman qismət olmur.
  • Yazılıb
  • da (də) 2019 Jun 02
  • Göndərən مدير سايت Aran News