Tarix : 2019 Jun 03
Kod 58256

Saakaşvili Ukraynanın kənd təsərrüfat naziri kimi danışdı

Gürcüstanın eks prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukraynanın kənd təsərrüfatı təhlükəli durumdadır.

Arannews-FaktXəbər-in məlumatına görə, Saakaşvili "NewsOne"nın efirində, "bildirirlər ki, Ukrayna kənd təsərrüfatı ölkəsinə çevrilib. Bu həqiqətdir... Üzr istəyirəm, amma biz tezliklə kənd təsərrüfatı ölkəsi olmayacağıq, Müasir anlayışda kənd təsərrüfatı ölkəsi Ukrayna kimi deyil, Hollandiya kimi olur", - deyə bildirib.

Saakaşvili qeyd edib ki, ölkə texnoloji sənaye dövrünü geridə qoyub və kənd təsərrüfatından geridə qalır.

Daha əvvəl, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Ukraynanın kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətini artırmaq üçün 35 milyon dollar dəyərində qrant ayırıb.

Agentliyin qeyd etdiyi kimi, yeni bazarlarda uğur qazanmaq üçün ukraynalı istehsalçılar məhsullarının keyfiyyətini qaldırmalı və təhlükəsizliyi yüksək standartlara cavab verməlidir.

  • Yazılıb
  • da (də) 2019 Jun 03
  • Göndərən مدير سايت Aran News