Tarix : 2019 Jun 03
Kod 58259

HƏMAS: Ərəblər bizi satdılar, İran isə bizi dəstəkləyir

“Fələstin əl-Yəvm” qəzetinin yazdığına görə, Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) ofisinin rəhbəri Yəhya Sinvar vurğulayıb ki, Fələstin müqavimət qrupları sionist rejimin işğalçılığı ilə mübarizə etmək üçün öz təchizatını gücləndirir.
“Fələstin İnqilabı” beynəlxalq konfransında çıxış edən Y. Sinvar deyib: “Əgər qondarma və işğalçı İsrail rejimi ilə müharibə başlasa, Təl-Əviv və işğal edilmiş digər şəhərlər 2014-cü ildə istifadə edilən raketlərdən qat-qat güclü raketlərlə yerlə yeksan ediləcək.”

HƏMAS-ın ofis rəhbəri əlavə edib: “Fələstin məsələsi bu gün ən ağır hücuma və məhv edilmək kimi məkirli planlara məruz qalıb. İmperializm və zülm başçıları sionist rejiminə regionda yer vermək və müqavimətin qarşısını almaq üçün “əsrin müqaviləsi”ni qəbul etmək üçün toplanırlar.
İşğalçıya qarşı savaş işğal edilmiş bütün ərazilərimizdə işğalçının məhv olduğu vaxt dayana bilər. Qüds məsələsində geri çəkilə və müzakirə edə bilmərik.
Y. Sinvar təkid edib: “Nə qədər ki, canımızda qan var “əsrin müqaviləsi”nin həyata keçməsinə icazə verməyəcəyik və son damla qanımıza qədər sionist işğalçılığı ilə mübarizə aparacayıq.”
HƏMAS rəhbəri Qüdsü dost və düşməni ayırd etməyin meyarı adlandıraraq deyib: “Yalnız Qüds kimin dost və müttəfiq sırasında dayandığını ayırd edir. Hər kəs Qüds məsələsində etinasızlıq etsə və onun üzərində müamilə, ya müzakirə etsə düşmənlərin cərgəsindədir.
Bu mərhələ çox mühüm bir mərhələdir. Ərəb başçıları, şah və hakimləri əsrin müqaviləsinə qarşı çıxmalı, bu məsələdə birləşməlidir. Əks təqdirdə tarix onları bağışlamayacaq.”
Y. Sinvar daha sonra ərəblərin Fələstinə xəyanətindən danışaraq deyib: “Bütün ərəblər Fələstini satdılar, İran isə hələ də işğalçılıq əleyhinə mübarizədə bizim xalqımıza dəstəyini davam etdirir.
Sionist rejimlə gələcək müharibə Qəzzədə baş verəcək. Çünki işğalçı rejimin niyyəti İordaniya çayının qərb sahilini özünə ilhaq etməkdir.”
HƏMAS məsulu çıxışının sonunda deyib: “Müqavimət ötən illərlə müqayisədə çox irəliləyib. 2008-2009-cu illər müharibəsində müqavimət qüvvələri sionist rejimi onlarla “Qrad” raketi və daxili raketlərlə vurdu. 2012-ci ildə öz təchizatını gücləndirərək Təl-Əvivi “Fəcr” tipli 18 raketlə bombaladı. 2014-cü ildə isə Təl-Əvivi 170 raketlə bombaladı. Bütün bu irəliləyiş İran İslam Respublikasının dəstək və himayəti ilə baş tutmuşdur.
  • Yazılıb
  • da (də) 2019 Jun 03
  • Göndərən مدير سايت Aran News