Tarix : 2019 Jun 05
Kod 58262

Fitr bayramı mübarək olsun

Şəvval ayının ilk günü olan mübarək Fitr bayramı müsəlmanların ən önəmli bayramlarından biridir. Bu gün bir çox İslam ölkələrində rəsmi tətildir və müsəlmanlar bayram namazı qılırlar. Fitr bayramı günü oruc tutmaq haramdır və fitrə zəkatı vermək vacibdir.
Arannews-Allahın rəsulu (s) buyurur
“Bayram günü mələklər küçə və keçidlərin başında dayanaraq deyirlər: Tələsin, kərim Rəbbinizə tərəf. O, çox əta edən və böyük günahları bağışlayandır.”
İmam Əli (ə) buyurur:
“Bu, o kəslərin bayramıdır ki, Allah onun orucunu və ibadətini qəbul edib. Allaha qarşı günah edilməyən hər gün bayramdır.”
Fitr bayramının əməllərindən biri də Fitr bayramı namazı qılmaqdır. Onun vaxtı Günəş çıxandan zöhrə qədərdir.
Fitr bayramının namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra 5 təkbir deyilir və hər təkbirdən sonra 1 dəfə qünut tutulur. Beşinci qünutdan sonra yenidən təkbir deyilir, rüku və iki səcdə yerinə yetirilir.
İkinci rəkətdə Həmd və surədən sonra 4 təkbir deyilir və hər təkbirdən sonra 1 qünut tutulur. Sonuncu qünutdan sonra təkbir deyilir, rüku və iki səcdə yerinə yetirilərək təşəhhüd və salam oxunur.  
Bayram namazının qünutunda hər dua və zikri oxumaq olar.
  • Yazılıb
  • da (də) 2019 Jun 05
  • Göndərən مدير سايت Aran News