Tarix : 2019 Jun 04
Kod 58264

Aydın Mirzəzadə kimdən qorxub sözünü yedi? Əliyevdən yoxsa Paşinyandan

Biz soruşuruq, Aydın Mirzəzadə kimdən qorxub geri çəkilib? Paşinyan onu qorxutdu, yoxsa İlham Əliyev

Arannews-Həm deputatxanada oturan təyinatlı deputatlar, həm də mediya orqanlarının demək olar 95 faizi o qədər saxtakarlıqla məşğuldur ki, iki-üç gündür Aydın Mirzəzadənin dediyi bir söz təkzib edilir. "Kişinin" haqqında yazdılar ki, güya deyib ki, Paşinyanı snayperçilərimiz Qarabağ ərazilərinə gələndə vurmalıdır. Daha sonra təkzib edib dedi ki, mən belə söz deməmişəm, mediya orqanları qələt edib, başını daşa vurub sözlərimi təhrif ediblər. Daha sonra deyib ki, mən demişəm ki, ümumilikdə gücləndirmə işləri getməlidir.
Əvvəla onu deyək ki, deputatxanada təyinatla oturan deputatlar yaltaqlanmaqdan başqa heç nə bilmirlər. Onlar öyrəşiblər ancaq GÖZƏGİRƏNLİKLƏ məşğul olsun. Dövlət, vətən, xalq naminə bir söz deyəndə də dediklərini ya məsxərə edirlər, ya da ümumiyyətlə danışanda dilləri topuq vurur, ağızlarına gələni danışıb onsuz da yeməyə ət tapa bilməyən xalqın olan-qalan ətini də tökürlər. Məsələn, Hadı Rəcəbli xalqın sosial durumundan danışmaq istəyəndə hər dəfə lənətlər yağdırırlar. Camaatın çarəsi olsa küçədə onu tutub üzünə bir lomba tüpürər. Aydın Mirzədadə də bu qəbildən olan deputatxana üzvlərindəndir.
Digər tərəfdən o da məlumdur ki, mediya orqanlarına da bir bəhanə lazımdır ki, oxucu kütləsi qazanmaq naminə camaatın sözlərini təhrif edib tərsə mayallaq çap edərlər. Çünki belə olsa həm oxucu kütləsi çoxalır, həm də qalmaqal zad olanda qəzet, sayt daha çox oxunaqlı olur. 
Şəxsə xalqa Aydın Mirzəzadənin nə dediyi, nə demək istədiyi o qədər də maraqlı deyil. Dediyimiz kimi bu adamlar yaltaqlıqdan, yalaqlıqdan başqa heç nə bilmirlər. Zənn edirik ki, maraqlı olan odur ki, Mirzəzadə nə üçün bu qədər təlaşa düşüb, qaşla göz arasında sözlərinin təhrif edildiyini deyib? Görəsən onu nə vadar edib ki, sözünü yeyib? Lap tutaq ki, Aydın Mirzəzadə həqiqətən də Paşinyanın Qarabağa murdar ayaqlarını qoyduğu zamanda snayperlə vurulmasını demisən, burda qorxulu nə var ki? Qismətinə bir dəfə düşüb ki, mediya orqanları bunu sənin boynuna qoyublar. Zəng vur onlara təşəkkür elə ki, yaxşı edib müharibə fikrlərini təlqin edirsiniz. Lap belə demişəm, zor eləmişəm, bacarana can qurban...
MƏGƏR İLHAM ƏLİYEV DEMİRDİ Kİ, ERMƏNİNİN NƏ AZZARI VAR BİZİM TORPAQLARDA Kİ, BİZİM GÜLLƏMİZLƏ DƏ ÖLÜRLƏR. RƏDD OLUB GETSİNLƏR TORPAQLARIMIZDAN, BELƏLİKLƏ DƏ ÖLMƏSİNLƏR. Nə oldu bəs? İndi İlham Əliyevin təyinatıyla deputatxanada oturan Mirzəzadə nədən qorxur? BİZ LAP ÇAĞIRIŞ EDİRİK.QARABAĞ BİZİM ƏRAZİLƏRİMİZDİR. HƏR BİR ORDUNUN HAQQIDIR Kİ, ÖZ ƏRAZİLƏRİNDƏ TƏLİMLƏR KEÇİRSİN. BİZ QARABAĞA PAŞİNYAN GƏLƏNDƏ QARABAĞI POLİQON QƏRAR VERİR VƏ TƏLİMLƏRƏ BAŞLAYIRIQ. İNDİ GÜLLƏ KİMƏ TUŞ GƏLDİ GƏLDİ. PAŞİNYAN AĞILLI OLUB QARABAĞA GƏLMƏSİN. YOXSA BUNDAN ÖTRÜ KİMİNSƏ İCAZƏSİ, ATƏTİN RAZILIĞI LAZIMDIR?
Biz soruşuruq, Aydın Mirzəzadə kimdən qorxub geri çəkilib? Paşinyan onu qorxutdu, yoxsa İlham Əliyev? Yoxsa Qarabağın açarına sahib olduğu gün kimi aydın olan Putin ona hədə gəldi. Yoxsa ATƏT-dən qorxdu Mirzəzadə? Təbii ki, bu variantların heç biri real deyil. Mirzəzadə İlham Əliyevdən qorxub. Qorxub ki, birdən Əliyev deyər ki, Qarabağ mənimdir, mən bilərəm bu haqda nə danışaram. Sən kəs səsini otur deputatxanadakı xarabanda. Görünür ki, İlham Əliyev ölkədə elə bir diktatura yaradıb ki, ondan başqa kimsə Qarabağ haqda bir söz deyə bilmir. 
ƏLBƏTTƏ Kİ, İLHAM ƏLİYEVİN DƏ CAVAB VERDİYİ QURUMLAR, DÖVLƏTLƏR, PREZİDENTLƏR VARDIR. O DA QORXUR Kİ, BİRDƏN ATƏT-İN, ABŞ-IN, PUTİNİN NƏZƏRİNDƏ PİS QALAR, MÜHARİBƏ İSTƏYƏN BİR LİDER OLDUĞU DÜŞÜNÜLƏR, BELƏLİKLƏ DƏ BÜTÜN HAKİMİYYƏT ƏLDƏN ÇIXAR.
  • Yazılıb
  • da (də) 2019 Jun 04
  • Göndərən مدير سايت Aran News