Tarix : 2019 Jun 04
Kod 58266

Bu gün İmam Xomeyninin (r) vəfat günüdür

Ayətullah Seyid Musəvi Xomeyninin vəfatından 30 il ötür.
Ayətullah Seyid Musəvi Xomeyni 1902-ci il, sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. Uşaq yaşlarından dini təhsil almış, ərəb dili, məntiq, fiqh, üsul və s. elmlərə yiyələnmişdir. Qum Elm Hövzəsində müstəsna müvəffəqiyyət qazanan İmam Xomeyni (r) gənc yaşlarında ictihad (müctəhidlik) dərəcəsinə çatmışdır. İmam Xomeyni (r) Rza şah, diktator Pəhləvi sülaləsinə qarşı mübarizəsinə görə sürgün həyatı yaşamışdır. 1965-ci ildə Türkiyəyə, bir müddət sonra İraqa sürgün edilmişdir. İmam Xomeyninin (r) rəhbərliyi ilə İran İslam İnqilabı 1979-cu ildə qələbə çalır və ABŞ, onun timsalında dünya imperializmi regiondakı jandarmını itirmiklə böyük zərbə alır. İmam Xomeyni (r) 1989-cu il, xordad ayının 14-də Tehran şəhərində vəfat edir. Pak qəbri Tehran civarında Behişti-Zəhra şəhidlər xiyabanı ilə yanaşıdır.
Qeyd etmək lazımdır ki, İmam Xomeyni (r) İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiyanı bərqərar etməklə yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.
  • Yazılıb
  • da (də) 2019 Jun 04
  • Göndərən مدير سايت Aran News