Tarix : 2019 Jun 07
Kod 58276

Paşinyan və Qarabağ liderləri arasında mübahisələr yaranıb

Rəsmi Yerevan və Qarabağ liderləri arasında qarşılıqlı satqınlıq ittihamları güclənməyə davam edir.
Arannews-Belə ki, iyunun 5-də baş nazir Nikol Paşinyan jurnalistlərlə görüşdə faktiki olaraq Dağlıq Qarabağı sabotajda ittiham edib.
"Mən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə dəfələrlə görüşmüşəm və Qarabağ probleminin nizamlanması ilə bağlı baxışımı paylaşmışam, mənim baxışım və ya təklifimlə bağlı irad olub-olmadığı, bu baxışla razı olub-olmadıqları ilə maraqlanmışam. Və məlum olub ki, hamı bununla razıdır.
Amma bundan sonra oradaki insanlar öz köməkçiləri vasitəsilə hökumətin torpaq verdiyi barədə şaiyələr yaymağa başlayıblar.
Mən bu insanla məxfi şəraitdə bütün düşüncələrimi, irəliləmək üçün hansı addımları atmalı olduğumuzu danışmışam və bu insan çıxıb köməkçisinə deyir ki, Facebook-a gir və yaz ki, Paşinyan torpaq verir, - o, bunu niyə edir?", deyə Paşinyan Qarabağ lideri Bako Saakyana eyham edərək bildirib.
Daha sonra o əlavə edib ki, indiyədək Ermənistan rəhbərliyi Qarabağa nizamlanma danışıqlarının gedişatı barədə məlumat verməyib.
"Qarabağ danışıqları ilə bağlı sənədləri onlara mən verdim. Buna qədər onların ümumiyyətlə nə baş verdiyindən xəbərləri yox idi. Beş dəfə soruşdum, nə barədə danışıldığından, hansı razılıq əldə edildiyindən xəbəriniz var? Onların xəbəri yox idi", deyə Paşinyan bildirib.
Bir neçə saat sonra Bako Saakyan artıq mətbuat üçün bəyanat verərək, Paşinyanın iddialarını təkzib edib.
"İndi də, keçmişdə də Azərbaycanla danışıqlardan əvvəl də, sonra da Ermənistan hakimiyyəti Qarabağ rəhbərliyinə müzakirə olunan məsələlər və son inkişaflar barədə məlumat veriblər", deyə Saakyan bildirib.
Yerli müşahidəçilər baş verənləri Yerevan və Qarabağ arasında etimadsızlığın artmasına dəlalət edən, sabitliyi pozan və Ermənistan tərəfin təhlükəsizliyini təhdid altına qoyan təhlükəli təmayülün davamı kimi qiymətləndirirlər.
 
Turan İA
  • Yazılıb
  • da (də) 2019 Jun 07
  • Göndərən مدير سايت Aran News