Tarix : 2019 Jun 08
Kod 58283

Azərbaycanlı siyasi mühacir Almaniyanın 34 şəhərində təkbaşına aksiyalar keçirib

''Azərbaycandakı siyasi məhbus problemini gündəmdə saxlamaq xaricdə yaşayan azərbaycanlıların üzərinə düşən məsuliyyətdir''

Arannews-Meydan TV-nin Almaniya bürosuna verilən xəbərə görə, o, ölkənin 34 şəhərində təkbaşına etiraz aksiyasi keçirərək, Azərbaycandakı siyasi məhbus və insan haqları problemini bu ölkənin mətbuatının və ictimaiyətinin diqqətinə çatdırmağa nail olub.

Nürnberg şəhəri

Nürnberg şəhəri

Mənbə: meydan.tv

Samir Qasımovun keçirdiyi aksiya barədə alman mətbuatında dərc edilən məqalədə qeyd olunur ki, o 6 ildir ki, Almaniyada yaşayır və ölkəsinin demokratikləşməsi üçün İlham Əliyev rejiminə qarşı mübarizə aparır.

Bütün aksiyalar şəhərlərin bələdiyyə binalarının qarşısında baş tutub. Samir Qasımov aksiyalarda şüarlarını alman dilində səsləndirib. Siyasi mühacir deyib ki, Azərbaycandakı anti-demokratik rejim, siyasi məhbus problemi Qərb dairələrinin diqqət mərkəzindədir və bunu da daim gündəmdə saxlamaq xaricdə yaşayan azərbaycanlıların üzərinə düşən məsuliyyətdir:

“Əgər aksiyalar xarici mətbuatda işıqlanarsa, Azərbaycandakı siyasi məhbus probleminin həllinə böyük töhvə verər. Xarici mediada işıqlanması üçün isə biz mühacirlər yorulmadan etirazlarımızı göstərməliyik”.

  • Yazılıb
  • da (də) 2019 Jun 08
  • Göndərən مدير سايت Aran News