Tarix : 2019 Jun 08
Kod 58285

Putin gənclərə Quran oxumağı tövsiyyə etdi

Rusiya prezidenti Vladimir Putin gənc nəsilə İncil, Tövrat və Quran oxumağı məsləhət görüb.
 "Arannews-interfaks"-a istinadən verdiyi xəbərə görə, beynəlxalq informasiya agentliklərinin rəhbərləriylə görüş zamanı iştirakçılardan biri prezidentə maraqlı sual ünvanlayıb: "Dünya lideri olaraq, uşaqlara böyümədən hansı kitabı oxumağı məsləhət görərdiz
"İncili oxusunlar. Bu hər bir halda onların xeyrinə olacaq. Qoy Tövratı oxusunlar, Quranı oxusunlar. Bütün bunlar həm oğlan, həm qız uşaqlarının dəqiq xeyrinə olacaq", - deyə Putin cavab verib.
O bildirib ki, "bütün dünya dinlərində humanist təməllər mövcuddur, və biz bu qaydalara əməl etsək, dünya daha yaxşı, daha sakit və daha sabit olacaq".
  • Yazılıb
  • da (də) 2019 Jun 08
  • Göndərən مدير سايت Aran News