Tarix : 2019 Jun 09
Kod 58290

İran nüvə silahı ilə bağlı bəyanat verdi

“Raketlərimiz də nüvə silahı daşımaq üçün hazırlanmayıb və nüvə silahı əldə etməyə çalışmırıq”

İrannews-iran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı İranın ballistik raket  proqramı ilə bağlı işlətdiyi ifadələri tənqid edib.

Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zərif ABŞ-ın nüvə sazişindən çıxmaqla BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qərarını, müttəfiqlərinin isə sözü gedən qərara uyğun olaraq İranla iqtisadi münasibətləri normallaşdırmaqla bağlı müddəaları pozduğunu bildirib.

-Iran XİN rəhbəri ayrıca olaraq, ABŞ dövlət katibi Mayk Pompeonun 2231 nömrəli qərarı dəyərləndirməsini də tənqid edib: “Pompeonun iddiasının əksinə olaraq, bu qərar İrana tələb irəli sürür, İranı cəzalandırmır. Bu qərarda ballistik raket istehsalı zamanı onun nüvə silahı daşıması ilə bağlı heç bir planın olmaması tələb olunur. Raketlərimiz də nüvə silahı daşımaq üçün hazırlanmayıb və nüvə silahı əldə etməyə çalışmırıq”.

Qeyd edək ki, Tramp və Makron arasında görüş İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin Normandiyaya desant çıxararaq ikinci cəbhənin açılmasının 75-ci il dönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutub.

Tramp görüş zamanı bildirib ki, o, İranın nüvə silahına sahib olmasını istəmir: “Mən prezident olanda İran terrorçu ölkə idi, hələ də elədir. İrana tətbiq olunan sanksiyalar işə yarayır və onlar bizimlə görüşmək istəyirlər. Biz bu görüşə hazırıq”.

  • Yazılıb
  • da (də) 2019 Jun 09
  • Göndərən مدير سايت Aran News