Tarix : 2019 Jun 10
Kod 58293

XİN: Ermənistanın törətdiyi növbəti qanlı əməl bölgədə gərginliyi artırmağa xidmət edir

Xarici İşlər Nazirliyi iyunun 9-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı bəyanat yayıb.

Arannews-FaktXəbər-in məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir.

"Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir", - deyə bəyanatda qeyd olunur.

  • Yazılıb
  • da (də) 2019 Jun 10
  • Göndərən مدير سايت Aran News