Tarix : 2019 Jun 10
Kod 58294

Ordumuz şəhid verdi

Paylaş Twitlə Düşmənin atəşi nəticəsində Azərbaycan Ordusu şəhid verib

Arannews-Düşmənin atəşi nəticəsində Azərbaycan Ordusu şəhid verib.

Bu haqda Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin rəsmi saytında yayılan məlumatda deyilir: 

"Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!"

  • Yazılıb
  • da (də) 2019 Jun 10
  • Göndərən مدير سايت Aran News