Tarix : 2019 Jun 10
Kod 58297

Rusiya Suriyada ABŞ-a qarşı ən yeni məxfi silahlarını istifadə edir

Rusiya ordusu Suriyada ABŞ və müttəfiqlərinə qarşı xarakteristikası bəlli olmayan və indiyə qədər heç yerdə sınqdan keçirilməyən məxfi silahlarını istifadə edir.

FaktXəbər-in məlumatına görə, bu barədə İsrail mediası Pentaqona istinadən yazıb. 

Məlumatda bildirilir ki, ABŞ ordusu Rusiyanın sözügdən məxfi silahlarına qarşı öz ən müasir qeyri-uçuş silahlarını istifadə etmək məcburiyyətindədir. Məhz buna görə, Vaşinqton öz əsgərlərini Suriyadan hələlik tam şəkildə çıxarmır.

Həmçinin Pentaqonda onu da vurğulayıblar ki, Rusiya Suriyada istifadə etdiyi məxfi silahlarını öz ən yaxın müttəfiqlərinə belə satmır.   

  • Yazılıb
  • da (də) 2019 Jun 10
  • Göndərən مدير سايت Aran News