Tarix : 2019 Jun 10
Kod 58299

Putindən gənclərə: Quran oxuyun və ona əməl edin

"Qoy Tövratı, Quranı oxusunlar"

 Arannews-RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin uşaqlara müqəddəs kitabları oxumağı məsləhət görüb.

O hesab edir ki, bu, onların xeyrinə olacaq, çünki bütün dünyəvi dinlərin təməlində humanizm prinsipləri durur.

“Qoy Bibliyanı oxusunlar, bu, hər bir halda faydalı olacaq. Qoy Tövratı, Quranı oxusunlar. Bütün bunlar mütləq qız uşaqlarının da, oğlan uşaqlarının da xeyrinə olacaq”, - deyə “İstənilən ölkədən olan uşaqlara hansı kitabı oxumağı məsləhət görərdiniz?” sualının cavabında Putin bildirib.

“Çünki bütün dünyəvi dinlərin təməlində humanizm prinsipləri durur. Əgər biz onlara əməl etsək, bu qaydalara əməl etsək, dünya daha yaxşı olacaq”, - deyə o əlavə edib.

  • Yazılıb
  • da (də) 2019 Jun 10
  • Göndərən مدير سايت Aran News